Bu şəxslər hərbi xidmətə aparılmır

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir.

Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, Azərbaycanda 18 yaşına çatmış kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilib. Lakin qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının bir neçə əsası mövcuddur.

Bəs kimlər hərbi xidmətə çağırılmır?

Təhsil əsasında möhlətə görə, bakalavr tələbələri 24 yaşı tamam olanadək, magistr tələbələri isə 26 yaşı tamam olanadək, xaricdə təhsil alanlar da daxil olmaqla əyani təhsil aldıqları müddətdə çağırışdan möhlət hüququ əldə edir. Son qanun dəyişiklikləri ilə magistratura səviyyəsində təhsil alan şəxslər üçün də yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib.
 

Rezidentura və doktorantura tələbələri təhsilini başa vuranadək möhlət hüququndan yararlanır. Doktorantura qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə isə əlavə 3 aylıq möhlət verilir. Tam orta təhsilini başa vurmamış 20 yaşınadək vətəndaşlar da bu kateqoriyaya daxildir.


Ailə vəziyyətinə görə möhlət hüququ bir neçə halı əhatə edir: başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olan çağırışçılar, üç və daha çox uşağın atası olan şəxslər, I qrup əlil həyat yoldaşına qulluq edən kişilər, habelə 18 yaşınadək və ya I qrup əlil qardaş və ya bacısına baxan, onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslər bu hüquqdan yararlana bilərlər.

Qanunun yenilənmiş redaksiyasına əsasən, ailə vəziyyətinə görə verilən möhlət 30 yaşadək qüvvədə qalır. Bu yaşa çatanadək möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək ehtiyata keçirilirlər.

Sağlamlıq vəziyyətinə görə tibbi müayinədə müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə bir ildən çox olmamaq şərtilə, ümumilikdə üç ilədək möhlət verilə bilər. Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər isə hərbi qeydiyyatdan çıxarılır.
 

Tam azadolma hallarına gəlincə, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almış şəxslər müddətli həqiqi hərbi xidmətdən azad edilirlər. Həmçinin Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunvericiliyinə uyğun hərbi xidmət keçmiş şəxslər də bu hüquqdan istifadə edə bilərlər. Ağır cinayət törətdiyinə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər barəsində də çağırış tətbiq edilmir.


Qeyd edək ki, 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliklərindən sonra hərbi xidmətə çağırışla bağlı məsuliyyət mexanizmləri də dəqiqləşdirilib. Yeni tənzimləməyə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək çağırışdan boyun qaçırma hesab olunur. İlkin hallarda İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən isə qanuni əsas olmadan hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslər iki ilədək azadlıqdan məhrum edilə bilər. Eyni əməl müharibə dövründə törədildikdə cəza üç ildən altı ilədək azadlıqdan məhrumetmə təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO