Ali təhsilinin qalan hissəsini Azərbaycanda almaq istəyənlərin NƏZƏRİNƏ

Ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə TKTA məlumat yayıb.

Bildirilib ki, qismən tanınma prosesi nəticəsində müraciətçiyə təqdim olunan qismən akademik tanınma şəhadətnaməsi onun Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək (transfer olunmaq) üçün müraciət etmək hüququnu təsdiq edən sənəddir:

"TKTA tərəfindən verilən qismən akademik tanınma şəhadətnaməsi köçürülmə (transfer) barədə qərar anlamına gəlmir və onun əldə edilməsi müraciətçinin ali təhsil müəssisəsinə köçürüləcəyinə zəmanət vermir. TKTA yalnız transfer prosesi üçün tələb olunan sənədlərdən biri olan qismən akademik tanınma şəhadətnaməsini təqdim edir. Köçürülmə ilə bağlı müraciətlərin qəbulu, qiymətləndirilməsi və yekun qərarın qəbul edilməsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) səlahiyyətlərinə aiddir.
 

Köçürülmə prosesi "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na uyğun olaraq EATDA tərəfindən həyata keçirilir.


Köçürülmə prosesinin yay mövsümündə başlanacağını nəzərə alaraq, müraciət etmək istəyən şəxslərə //apply.enic.edu.az/ platforması vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən şəxslərdən 30 iyun saat 18:00-dək TKTA-ya müraciət etmələri xahiş olunur. Qeyd edilən vaxtdan sonra daxil olan müraciətlər cari transfer dövrü çərçivəsində nəzərə alınmayacaqdır.

Qismən akademik tanınma üçün TKTA-ya müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:

1. Aktiv tələbə statusunu təsdiq edən arayış

Müraciətçinin hazırda təhsil aldığı ali təhsil müəssisəsində aktiv tələbə olduğunu təsdiq edən arayış (sistemdə "diplom" xanasına yüklənilməlidir) apostil möhürü ilə leqallaşdırılmış olmalıdır (ətraflı məlumat üçün: //tkta.edu.az/az/services/qualifications-recognition);

2. Akademik transkriptə dair tələblər

Təqdim olunan akademik transkript apostil möhürü ilə leqallaşdırılmış olmalı və aşağıda qeyd olunan məlumatları özündə əks etdirməlidir:

1. ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən müraciətçinin bütün təhsil dövrü üzrə akademik göstəricilərini əhatə etməlidir;

2. ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə göstərilməlidir;

3. əldə edilmiş kreditlərin ümumi sayı və onların AKTTS üzrə həcmi açıq şəkildə qeyd olunmalıdır;

4. transkript ingilis, rus və türk dillərindən başqa hər hansı bir dildə təqdim edildikdə, sənəd Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiqlənməlidir.

Ətraflı məlumat üçün: //tkta.edu.az/az/services/qualifications-recognition

Qeyd edək ki, təqdim edilən sənədlərin autentikliyinin (həqiqiliyi) daha sürətli şəkildə yoxlanılması məqsədilə sözügedən sənədlərin QR kodlu və ya elektron imzalı (müvafiq keçid/link əlavə olunmaqla) formada təqdim edilməsi tövsiyə olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

End of content

No more pages to load

RADİO