Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.
Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.
Bizim.Media