Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rumıniyada yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi ilə bağlı Rusiyanın “daha bir qırmızı xətti keçdiyini” bəyan edib.
Bizim.Media xəbər verir ki, Avropa Komissiyasının rəhbəri bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.
Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası Rumıniya və ölkə sakinləri ilə tam həmrəydir.
“Xüsusilə şərq sərhədlərimizdə təhlükəsizlik və çəkindirmə tədbirlərimizi gücləndirməyə davam etdiyimiz bir vaxtda Rusiyaya təzyiqi də artıracağıq”, – deyə o bildirib.
Xatırladaq ki, Mayın 28-dən 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmənzilli yaşayış binasının damına çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb, bina sakinləri təxliyə edilib.
Bizim.Media