Azərbaycanda yeni “supulu” dövrü: bu qaydada ödəniləcək – Sabiq nazir AÇIQLADI

Sentyabrın 1-dən su obyektlərindən xüsusi istifadə ödənişli olacaq. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə 40 manat ödəniş müəyyənləşdirilib.

Bundan başqa, Xəzər dənizinə axıdılan 100 m3 tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 m3 tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Yeni qaydaların mahiyyəti nədir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, ölkədə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair yeni qaydalar və tariflər müəyyənləşdirilib:

“Əslində, bu istiqamətdə ilk addım 2025-ci il 18 dekabr tarixində atılıb. Həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edilməsi qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bunun əsasında Nazirlər Kabineti 2026-cı il 14 aprel tarixində müvafiq qərar qəbul edib”.

Sabiq nazirin sözlərinə görə, bu qərarın əsas məqsədi ölkənin su ehtiyatlarından daha səmərəli və qənaətli istifadəni təmin etməkdir:

“Proqnozlara görə, 2027-2030-cu illərdə dünyada su qıtlığının daha da dərinləşəcəyi gözlənilir. Buna görə də Azərbaycan da indidən su ehtiyatlarının qorunması və düzgün idarə olunması istiqamətində tədbirlər həyata keçirir. Xüsusilə yeraltı sular üçün daha yüksək tarifin müəyyənləşdirilməsi təsadüfi deyil.

Bu yanaşma həmin strateji ehtiyatlardan yalnız zəruri hallarda istifadəni stimullaşdırmağa xidmət edir. Məqsəd odur ki, mümkün olduğu hallarda sənaye və digər təsərrüfat sahələrində daha çox şirinləşdirilmiş dəniz suyundan və çay sularından istifadə olunsun, yeraltı su ehtiyatları isə gələcək nəsillər üçün qorunsun.

Bütövlükdə, bu dəyişikliklər ölkədə həyata keçirilən su idarəçiliyi islahatlarının tərkib hissəsidir. Sentyabrın 1-dən qüvvəyə minəcək yeni tariflər həm su ehtiyatlarının daha səmərəli istifadəsinə, həm də bu sahədə dövlət siyasətinin qarşıya qoyduğu məqsədlərə nail olunmasına xidmət edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO