Dünya musiqisində yeni cərəyan yaratdı, 25 yaşında qanqster oldu – “Repin atası” illər sonra necə “dirildi”?

Ötən gün fanatları arasında 55 yaşı qeyd olunan məşhur reper (repin atası) Tupak Şakurun ölümü ilə bağlı məhkəmə işi də hələ də yekunlaşmayıb.

Məlumat üçün bildirək ki, reper 1996-cı ildə 25 yaşında güllələnib. "Qanqster rep" kimi tanınan hərəkatın qurucularından biri olan reper kasıb məhəllədən çıxmış sadə oğlan olub. Küçələrdə böyüyüb, özünəməxsus ifa tərzinə görə diqqət çəkib. Səhnəyə çıxmağı ilə bütün dünyada musiqi tarixinə yeni cərəyanın adını yazdıra bilib. Bütün bunları isə cəmi-cümlətanı 25 yaşadək edib.

ABŞ şou-biznesinin ən böyük sirrlərindən biri kimi yadda qalan bu qətl hadisəsi ilə bağlı uzun müddət danışıldı. Qətlin arxasında kimlər dayana bilər, deyə baş sındırıldı.

7 sentyabr 1996-cı il axşamı reper Las Vegasdakı MGM Grand Las Vegas otelində Mayk Tayson və Brüs Seldon arasında keçirilən boks matçını izləyib. Yanında müqavilə bağladığı “Death Row Records” şirkətinin rəhbəri Suge Nayt da olub. Ordan çıxıb xeyriyyə konsertinə gedəndə yolda ağ rəngli Kadillakdan gülləbarana tutulublar. Ağciyərindən dəyən güllə həlledici olub, 5 gün sonra xəstəxanada keçinib. Nayt isə yüngül yaralanıb.

Reper kimin əl-ayağına dolaşırdı?

Ən əsas versiyalardan biri elə müqavilə bağladığı Naytla bağlıdır. Belə deyilir ki, Şakur onunla müqaviləyə xitam vermək istəyib. Məşhurluğunun zirvəsində yaxşı pullar qazandıran reperin gedişi prodüserə sərf etmədiyinə və böyük pullar itirəcəyinə görə acığından reperi öldürtdürüb.
 

Keçmiş Los-Anceles polis məmuru “Açılmamış cinayət: Şakurun ölümü” adlı sənədli filmdə deyirdi ki, Las-Veqasın rüşvətxor hüquq-mühafizə orqanlarının əməkdaşları Nayta cinayətin təşkilində kömək ediblər.


Başqa bir ehtimala görə isə Şakuru digər reper P.Diddi öldürüb. 2024-cü ildə keçmiş Los-Anceles Polis Departamentinin detektivi Qreq Kadinqin iddiasına görə, P.Diddi Şakurun öldürülməsinə görə o vaxt 1 milyon dollar ödəyib. Bu nəzəriyyə sübut olunmayıb, lakin bu yaxınlarda P. Diddinin cinsi təcavüz qurbanlarından biri olan Stiv Otis adlı bir kişi Şakurun ölümü ilə bağlı musiqiçinin onu təhdid etdiyini iddia edib.

Şakur sağdır?

Son illərdə isə Şakurun sağ olduğu və Kubada yaşadığını deyirlər. Bu, 2018-ci ildə reperin mühafizəçilərindən biri olduğunu iddia edən Maykl Nays tərəfindən irəli sürülüb. Nays iddia edirdi ki, Tupakın qətlinin səhnələşdirilməsində və Fidel Kastronun dəstəyi ilə onun Kubaya qaçışının təşkilində şəxsən iştirak edib.

Kuba lideri reperə qarşı xüsusi simpatiya bəsləyirdi, çünki onun xalası, Marksist Qara Panteraların üzvü Assata Şakur həbsdən azad edildikdən sonra Havanada siyasi sığınacaq almışdı. Lakin Nays bir il sonra qəfil ölüb. Növbəti il isə "dirilib" və bununla da öz ölümünü saxtalaşdırmağın nə qədər asan olduğunu göstərib.

Tupakın sağ olması ilə bağlı müxtəlif yerlərdən də xəbərlər gəlir. Reperin Somalidə, Yeni Orleanda və hətta Şotlandiyada görüldüyü, guya Qlazqo bazarında musiqi mərkəzinin olduğu deyilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO