Bu ölkə ilə diplomatik pasportlar üçün viza tələbi LƏĞV EDİLDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Növbəti il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla qeyd olunub.
 

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.


Bu çərçivədə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur quruculuğu və post-münaqişə bərpa sahəsində əldə etdiyi təcrübəyə maraq ifadə edib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub. Bununla yanaşı, Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyası ilə əlaqədar göstərdiyi humanitar yardımlar məmnunluqla xatırlanıb.

C.Bayramov post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, habelə regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.


Səfər çərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

End of content

No more pages to load

RADİO