Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Son vaxtlar Kür çayında suyun səviyyəsinin qalxması fəsadlar törətməkdə davam edir.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu dəfə çay məcrasından çıxaraq rayonun Çərtəyəz və Sovla kəndlərində həyətyanı sahələrə, evlərə və əkin sahələrinə xeyli ziyan vurub.

Sakinlər bildirir ki, artıq 5 gündür çayın suyu durmadan artır və həyətlərə dolur. Bunun nəticəsində daşqın suları sakinlərə məxsus evlərə, tövlələrə, bar verən ağaclara, eləcə də əkin sahələrinə xeyli ziyan vurub. Bəzi sakinlər günlərdir ki, subasma səbəbindən həyətlərə belə düşə bilmirlər. Hazırda onlar bu vəziyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlardan kömək gözləyirlər.
 

Kənd sakinləri Ofelya Babaşova və Pərvanə Maqsudova yerli büromuza bildirib ki, artıq neçə gündür su basması nəticəsində bütün həyət və evlər su altında qalıb və onlar bu səbəbdən həyətə düşə bilmirlər. Digər kənd sakinləri Afiq və Rüfət Babaşovlar bildirdilər ki, 5 gündür subasma səbəbindən uşaqları məktəbə apara bilmirlər.


“Gecələr qorxa-qorxa yatırıq ki, Kür daha da qalxar və suyun içində qalarıq, evimiz uçar. Evdə azyaşlı uşaqlar var. Suyun səviyyəsi isə durmadan artır, bu da öz növbəsində baş verə biləcək təhlükədən xəbər verir”, - deyə sakinlər bildiriblər.

Onlar bununla bağlı dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də, hələ də bir işin görülmədiyini bildiriblər. 

Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya sistemlərinin İstismarı idarəsinin baş mühəndisi Rəşid Nəsirov yerli büromuza bildirildi ki, son zamanlar intensiv yağışlar nəticəsində Kürdə suyun həcmi artmışdır:

"Bu həcmin artması səbəbindən həyətyanı sahələrə suyun filtrasiya olunması baş vermiş və ərazilərdən su yığılmışdır. Bununla bağlı idarə tərəfindən texnikalar əraziyə cəlb edilib və müəyyən kanallar vasitəsilə həyətyanı sahələrdən suların çəkilib digər drenaj şəbəkələrə ötürülməsi tərəfimizdən təmin edilir. Bu proses Çərtəyəz kəndində yox, bir neçə kənddə baş verir.
 

Hazırda bir neçə kəndə idarə tərəfindən texnikalar cəlb edilib. Ümid edirəm ki, bir neçə gün ərzində suların həyətyanı sahələrdən çıxarılıb drenaj şəbəkələrə ötrülməsi idarə tərəfindən təmin ediləcəkdir. Məlumat vermək istəyirəm ki, Kürün qalxması təbii prosesdir. Müşahidələrimizə görə, artıq son 3-4 gün ərzində Kür çayında 4-5 santimetr düşmə başlayıb.


Hesab edirik ki, növbəti 3-4 günə heç bir kənddə belə bir çətinliyin aktuallaşması baş verməyəcək. Çünki ərazilərdəki sular idarə tərəfindən axıdılır, digər tərəfdən Kür çayının intensiv şəkildə düşməsi bu problemlərin aradan qaldırılmasına səbəb olacaqdır".

Bundan başqa Kürdəmir Rayon İcra Hakimiyyətinin Fövqaladə Hallar Komissiyasından yerli büromuza bildirildi ki, adı çəkilən ərazilərə tərəfimizdən baxış keçirilib və hazırda Çərtəyəz və digər kənd ərazilərində aidiyyatı qurumlarla birlikdə yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

































Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

End of content

No more pages to load

RADİO