Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, ev sahibi olmaq artıq sakinlər üçün getdikcə əlçatmaz arzuya çevrilir.

Əmlak ekspertlərinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri tikinti xərclərinin yüksəlməsidir. Bununla yanaşı, bəzi hallarda süni qiymət artımları da qeydə alınır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş və qəzalı binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi əlavə xərclər yaradır.
 

Onun sözlərinə görə, bu proses zamanı tikinti şirkətləri sakinlərə yeni mənzil, köç və kirayə xərcləri ödəyir ki, bu da maya dəyərinin artmasına səbəb olur.


Ekspert əlavə edib ki, sərmayəçilərin bu cür layihələrə daha çox yatırım etməsi də qiymətlərin yüksəlməsinə təsir göstərir.

Onun sözlərinə görə, Bakı və digər iri şəhərlərdə tikinti üçün yararlı torpaq sahələrinin azalması və inşaat həcminin aşağı düşməsi tələbatı artırır. İpoteka şərtləri və bank faizləri də bazara təsir edən amillər sırasındadır. Güzəştli kreditlər isə alıcılıq qabiliyyətini artıraraq qiymət artımını sürətləndirir.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, son beş ildə əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib.

Onun sözlərinə görə, xüsusilə, Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir. Xalid Kərimli əlavə edib ki, inflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tikinti şirkətlərinin xərclərini yüksəldir və bu, birbaşa mənzil qiymətlərinə təsir göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

DÇ-də şübhəli oyun – Video

DÇ-də şübhəli oyun – Video

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

İyunun son gününə olan HAVA PROQNOZU

İyunun son gününə olan HAVA PROQNOZU

Pirşağı çimərliyində FACİƏ:qadın dənizdə batdı

Pirşağı çimərliyində FACİƏ:qadın dənizdə batdı

Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Pərviz Şahbazova AĞIR İTKİ

Pərviz Şahbazova AĞIR İTKİ

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Qivami Qazıyev VƏFAT ETDİ

Qivami Qazıyev VƏFAT ETDİ

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

End of content

No more pages to load

RADİO