Baş prokuror Kamran Əliyev Mərakeşdə - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb.

Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərinə rəsmi işgüzar səfər edən Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Əlahəzrət Kral V Məhəmmədin məqbərəsini ziyarət edib.
 

Nümayəndə heyəti ilə Mərakeş Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Mohammad Abdenabaoui arasında görüş keçirilib, iki ölkənin hüquq sistemləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.


Mərakeş ədliyyə naziri Abdullatif Ouahbi arasında geniş tərkibdə ikitərəfli görüşdə tərəflər Azərbaycan və Mərakeşin hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf tempindən məmnunluğunu ifadə edib, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında olub, təşkilatın Baş direktoru doktor Salim Al Maliklə görüşüb, həmçinin mənzil-qərargahda yerləşən, Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş muzeyi ziyarət edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Mərakeş Krallığının yerli televiziya və mətbuat qurumlarına müsahibə verib.
 

Qeyd edib ki, bu xarakterli səfərlər cinayətkarlığa qarşı mübarizədə ortaq çətinliklərin müəyyən edilməsi və buna uyğun effektiv cavab tədbirlərinin hazırlanması üçün təcrübənin bölüşdürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.


Bununla yanaşı, birgə beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı da müvafiq müzakirələr aparılıb və irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi qərara alınıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO