Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Sanksiyalara məruz qalan rus oliqarxa məxsus olduğu bildirilən “Nord” adlı lüks meqayaxta bu gün səhər saatlarında Hörmüz boğazından keçib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN “MarineTraffic”in məlumatlarına əsasən informasiya yayıb.

Təxminən 142 metr uzunluğa malik olan və dünyanın ən böyük yaxtalarından biri sayılan gəmi ötən axşam Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən yola düşüb və gecə ərzində strateji əhəmiyyətə malik su yolunu keçib.

Məlumata görə, yaxta hazırda Omanın paytaxtı Məsqət istiqamətində hərəkət edir.

Bildirilir ki, “Nord”un dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir. Gəminin Rusiyanın polad və mədən sənayesi nəhənglərindən birinə rəhbərlik edən milyarder Aleksey Mordaşova məxsus olduğu güman edilir. “Associated Press” də yaxtanın Mordaşova aid olduğunu bildirib.

Böyüklüyü təxminən 1,5 Amerika futbol meydançasına bərabər olan yaxta marşrutunu İranın Lrak adası yaxınlığından keçirib.

Daha əvvəl “Lloyd’s List Intelligence” bu istiqamətin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən boğaza nəzarət üçün istifadə edildiyini qeyd edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2022-ci ildə Aleksey Mordaşova, onun həyat yoldaşına və iki yetkin övladına sanksiyalar tətbiq edib.

“Nord” yaxtasında iki helikopter meydançası mövcuddur və adətən, göyərtədə aşpaz, fitnes təlimatçısı və masaj terapevti də daxil olmaqla, geniş heyət fəaliyyət göstərir.

Vurğulanır ki, meqayaxtanın regiondakı hərəkətinə ABŞ-nin artan hərbi mövcudluğu və mümkün dəniz blokadasının təsiri olub-olmayacağı hələlik qeyri-müəyyəndir. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedəcək

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedəcək

İran hələ də müharibə şəraitindədir...

İran hələ də müharibə şəraitindədir...

SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirdi

SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirdi

Afranın yeni sevgilisi

Afranın yeni sevgilisi

AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

Corcia Meloninin Bakıya planlaşdırılan səfərini müzakirə etdilər...

Corcia Meloninin Bakıya planlaşdırılan səfərini müzakirə etdilər...

5 dəqiqəyə adamı yatızdıran ÇAY

5 dəqiqəyə adamı yatızdıran ÇAY

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

End of content

No more pages to load

RADİO