Gedənlər QAYIDIR - Legioner həyatı yaşaya bilən və bilməyənlər – ARAŞDIRMA

Azərbaycan futbolunun acı reallığından biri də futbolçularımızın legioner həyatı yaşamağa meyil etməməsi, yaxud xarici kluba transfer olduqda bunu sona qədər davam etdirə bilməməsidir. Hazırda az sayda həmyerlimiz xarici klublarda çıxış edir. Bunun isə həm psixoloji, həm mental, həm səhv seçim kimi bir çox səbəbləri var.

Bəs hazırda legioner həyatı yaşayan futbolçularımız kimlərdir?

Bizim.Media xarici klublarda çıxış edən azərbaycanlı futbolçuların siyahısını təqdim edir:

Nəriman Axundzadə

“Qarabağ”ın sabiq hücumçusu Nəriman Axundzadə bu il MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubuna keçib.
 

21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.


Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.

Mahir Emreli

Mahir Emreli hazırda Almaniya ikinci Bundesliqasında mübarizə aparan “Kayzerslautern”  klubunda çıxış edir. Azərbaycan millisinin futbolçusu ötən ilin iyununda bu kluba transfer olunub. Hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mahir Emreli son olaraq Almaniyanın digər klubu “Nürnberq”də çıxış edib.

Zamiq Əliyev

Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev hazırda Albaninin “Eqnatiya” klubunda çıxış edir. "Qarabağ"ın yetirməsi olan futbolçunun debütü, 2022-ci il mayın 15-də Azərbaycan Premyer Liqasında “Səbail” ilə oyununda baş tutub.

O, 10 iyun 2024-cü ildən Albaniya çempionatında legioner həyatı yaşayır.

Renat Dadaşov              

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov hazırda Polşanın "Motor" klubunun şərəfini qoruyur. Onun yayda başqa kluba keçəcəyi gözlənilir.

Vüsal İsgəndərli

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli hazırda Albaniyanın “Partizani” klubunda karyerasını davam etdirir. Futbolçu “Partizani” ilə 1+1 illik müqavilə bağlayıb.
 

Qeyd edək ki, bundan öncə V.İsgəndərli “Boluspor”, “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Simurq”, “Ankara Keçiörengücü” , “Eqnatiya klublarında çıxış edib.


Onu da qeyd edək ki, bir müddət legioner həyatı yaşayan Coşqun Diniyev, Rahil Məmmədov, Ramil Şeydayev, Rüfət Abdullazadə, Nurlan Novruzov, Turan Manafov, Emil Mustafayev yenidən Azərbaycan Premyer Liqasına qayıdıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

End of content

No more pages to load

RADİO