Sığorta ilə bağlı dəyişikliklər təsdiqləndi: Qəza edənlər daha çox haqq ÖDƏYƏCƏK

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində aparılan təkmilləşdirmə tədbirləri davam etdirilir.

Bu barədə Bizim.Media-ya AMB-dən məlumat verilib.

Bu çərçivədə sığortalıların sığorta tarixçəsi üzrə mövcud “Bonus-Malus” sisteminin beynəlxalq uğurlu təcrübəyə uyğun olaraq yenilənməsi istiqamətində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən dəyişikliklər təsdiqlənib.
 

Məlumat üçün bildirək ki, “Bonus-Malus” sistemi sürücülərin sığorta tarixçəsinə əsaslanaraq onların risk səviyyəsini qiymətləndirən və bu qiymətləndirməyə uyğun olaraq sığorta haqlarına güzəşt və ya əlavələrin tətbiq olunmasını nəzərdə tutan mexanizmdir.


Təsdiq olunmuş dəyişikliklərə əsasən, mövcud “Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaqdır.

Əvvəlki mexanizmdə mövcud olan “Bonus-Malus” sinifləri, eləcə də qəza və ya qəzasızlıq halında bu siniflər arasında keçidlərin əvəzinə daha sadə və anlaşılan yanaşma tətbiq olunacaqdır.

Belə ki, əvvəlki mexanizmlə oxşar olaraq, bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5% güzəşt tətbiq olunacaqdır.

Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunur.

Bununla yanaşı, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaqdır.

Bu yanaşmanın məqsədi üçüncü şəxslərə zərərvurma ehtimalı ən yüksək olan şəxslərə münasibətdə intizamlı yanaşmanı gücləndirməkdir.

Eyni zamanda, yeni dəyişikliklərə əsasən, qəza halında sığorta haqqına əlavələrin tətbiqi sığorta müqaviləsini bağlayan tərəfə deyil, üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxsə tətbiq olunacaqdır.

Hüquqi şəxslərə Sığorta Tarixçəsi Əmsalı tətbiq olunmayacaqdır. Bununla belə, hüquqi şəxslərin nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta haqlarına isə əlavə tətbiq olunacaqdır.

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə Sığorta Tarixçəsi Əmsalının tətbiq olunması dəyişilməz olaraq davam etdiriləcəkdir.

Ümumilikdə, təqdim olunan dəyişikliklərin əsas məqsədi nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərin səhhətinə və əmlakına zərərvurma ehtimalına əsaslanan ədalətli, həmçinin risk əsaslı yeni modelin tətbiq olunmasıdır.

Təsdiq olunmuş dəyişikliklər dərc edildiyi gündən iki ay sonra qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

İranda daha üç məhbus edam edildi

İranda daha üç məhbus edam edildi

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu – VİDEO

Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu – VİDEO

Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO

Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO

Atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

Atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO