Atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

Şəki Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Katıf Gülməmmədlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddәtә azadlıqdan mәhrumetmә cәzası tәyin olunub.

İttihama görə, hadisə 2023-cü ildə mayın 4-də, günorta saatlarında Şəki rayonunun İnçə kəndində yerləşən fərdi yaşayış evində baş verib.
 

Belə ki, Katıf Gülməmmədli özünə məxsus hərbi biletini axtarmaq məqsədilə əvvəllər atası ilə birlikdə yaşadığı evə gəlib. Həyət qapısının bağlı olması səbəbindən o, hasarı aşaraq həyətə daxil olub, daha sonra isə evin birinci və ikinci mərtəbəsində yerləşən otaqların qapı və pəncərələrini sındıraraq içəri keçib.


Aparılan axtarış zamanı hərbi biletini tapa bilməyən təqsirləndirilən şəxs evin mətbəxi kimi istifadə olunan otağına keçərək soyuducuda olan iki ədəd yumurtanı götürüb və onları bişirmək istəyib. Bu zaman evə daxil olan atası İsmayıl Gülüyev onun bu hərəkətinə etiraz edib. Tərəflər arasında əvvəllər də mövcud olmuş gərgin münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman ata oğluna irad bildirərək onun, bacısının və mərhum anasının ünvanına nalayiq ifadələr işlədib, həmçinin fiziki təsir göstərərək oğlunu evdən çıxarmağa çalışıb. Bu vəziyyətdən hiddətlənən Katıf atasının əvvəllər ona qarşı qeyri-insani rəftar göstərməsi və bir neçə il əvvəl bıçaqla xəsarət yetirməsini əsas gətirərək qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.

İstintaq materiallarına görə, mübahisə zamanı təqsirləndirilən şəxs atasının boğaz nahiyəsindən hər iki əli ilə tutaraq sıxıb. Nəticədə zərərçəkmiş şəxs boyun nahiyəsində ciddi daxili xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, boyun üzvlərinin sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya – yəni boğulma səbəbindən o, hadisə yerində vəfat edib.

Hadisədən sonra Katıf atasının öldüyünə əmin olduqdan sonra meyitin yerini dəyişərək onu otaqda yerləşən taxta dolaba tərəf itələyib. Daha sonra isə hadisənin guya təbii ölüm kimi təqdim edilməsi məqsədilə meyitin ilkin vəziyyətini dəyişərək onu otağın mərkəzində döşəməyə, paltarların üzərinə uzadıb, üzərindəki geyim və ayaqqabılarını çıxarıb.

Bundan sonra təqsirləndirilən şəxs hadisə yerini tərk edib.

Mayın 12-də İsmayıl Gülüyevin meyiti yaşadığı ünvanda aşkar edilib.
 

Məlumata görə, Katıf Gülməmmədli atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satıb.


Daha sonra o, tutularaq istintaqa təhvil verilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO