Dünya tarixinə ilk dedektiv yazarı kimi düşdü – Polislər onun hekayəsini oxuyaraq QATİLLƏRİ TAPIRDI

Dünyanın ilk detektiv hekayəsinin müəllifi amerikalı yazıçı Edqar Allan Ponun bu gün doğum günüdür. 1809-cu ildə Bostonda doğulmuş Po 1841-ici ildə yazdığı “Morq küçəsində qətl” hekayəsi ilə dünya ədəbiyyat janrına yenilik gətirdi. Sonralar Konan Doylun məşhur Şerlok Holmsu, Aqata Kristinini Erkül Puarosu məhz onun yaratdığı Ogüst Düpendən ilhamlanaraq ərsəyə gəlib. 

Həyat yoldaşının ağır xəstəliyindən ruhən sarsılan Po içkiyə qurşandı. 

Deyilənə görə ən ürküdücü hekayələrini də məhz içkinin təsiri ilə yazırdı. 1841-ci ildə Nyu-Yorkda baş verən əsl qətl hadisəsinə əsaslanan bu hekayəsində mövcud olan bütün dəlillərdən istifadə edərək, araşdırmasını apardı (hadisənin baş veriyi ərazinin adını dəyişdirmişdi) və qatili özü müəyyən etdi. Tezliklə yazıçının gümanları təsdiqləndi və polislər növbəti hekayələr əsasında qatillərin izinə düşürdülər. 
 

"Detektiv hekayə" termini sözü sonralar ortaya çıxdı və Po əsərlərini "məntiqi hekayələr" adlandırırdı. Amma o, ən çox "qorxulu" və mistik hekayələrin, eləcə də "Qarğa" şeirinin müəllifi kimi tanınır.


Xüsusilə də onun “Diri-diri basdırılma” hekayəsini oxuyandan sonra oxucu günlərlə özünə gələ bilmir, gözünün önünə gətirdiklərinin xofuyla yaşayır. Vaxtilə bəzi avropa ölkələrində onun bu hekayə başda olmaqla digər hekayələrinin dərcində öncədən “ürəyi və əsəbləri zəif olanlar oxumasın” deyə xəbərdarlıq olunurdu. 

Edqar Allan Po iyirmi illik yaradıcılığı ərzində iki roman, bir pyes, təxminən yetmiş qısa hekayə, əlli şeir və on esse yazıb, bunlar jurnal və almanaxlarda dərc olunduqdan sonra kitab şəklində toplanıb. Hər nə qədər “məntiqi” əsərlər yazdığına inandırmağa çalışsa da, onun yazdıqları mistik hadisələrlə zəngin əsərlərin heç biri məntiqə sığmırdı.

Ponun ölümü də yaradıcılığı kimi müəmmalı oldu. 

Oxucularla görüşə gedən yazıçı geri qayıdarkən küçədə bayqın vəziyyətdə tapılır. Üzərindəki geyimlərin heç biri ona aid deyildi, o canını tapşırana qədər naməlum sözlər pıçıldayırdı. Bu günə qədər yazıçının nədən öldüyü dəqiq bilinmir. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Son zamanlar yayılan xəstəlik nədir?

Son zamanlar yayılan xəstəlik nədir?

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO