Rusiya Xersonun (Ukrayna) Korabelnı rayonunda mikroavtobusa dronla zərbə endirib, nəticədə dörd nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat verib.
"Bu zərbə nəticəsində dörd nəfər həlak olub, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Daha dörd qadın yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənləri müayinə edir və lazımi yardımı göstərirlər", – məlumatda bildirilir.


Bizim.Media