Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Son illərdə Bakıya yaxın ərazilərdə və turizm potensialı yüksək regionlarda torpaq sahələrinə tələbin artması daşınmaz əmlak bazarında diqqət çəkən tendensiyalardan biridir. Xüsusilə yol, kommunal xidmətlər və turizm infrastrukturu layihələrinin genişlənməsi, fərdi yaşayış evlərinə marağın artması və torpağın uzunmüddətli investisiya aləti kimi qiymətləndirilməsi bu prosesə təsir edən əsas amillər sırasındadır.

Bəs, regionlarda torpaq sahələrinə tələbin artmasının arxasında hansı iqtisadi və sosial səbəblər dayanır və yeni infrastruktur layihələri, turizm investisiyaları, eləcə də bölgələrin inkişafı ilə bağlı dövlət proqramları torpaq qiymətlərinin gələcəkdə də yüksəlməsinə səbəb ola bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “sonxeber.az”a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Bakıya yaxın ərazilərdə, eləcə də turizm potensialı olan bölgələrdə torpaq qiymətlərinin kəskin artmasının əsas səbəblərindən biri vaxta qənaət və insanların yaşadığı əraziyə daha yaxın istirahət məkanlarına üstünlük verməsidir:

"Uzaq məsafələrə getmək daha çox vaxt tələb etdiyindən vətəndaşlar daha qısa müddətdə istirahət etmək üçün Bakıya yaxın, turizm potensialı olan ərazilərdə torpaq sahələri əldə etməyə başlayıblar. Bu da qiymətlərin artmasına səbəb olur. Burada əsas amillərdən biri torpağın Bakıya yaxınlığıdır. Digər tərəfdən, torpağın gələcək inkişaf və gəlirlilik potensialı, investisiya baxımından cəlbediciliyi də qiymətə təsir göstərir. Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də həmin torpaqlardan gələcəkdə turizm və gündəlik icarə məqsədilə istifadə etməkdir".

Ekspert bildirib ki, uzunmüddətli investisiya imkanları olan vətəndaşlar üçün də torpaq sahələri cəlbedicidir:
 

"Çünki torpaq uzunmüddətli qiymət artımı potensialı yüksək olan daşınmaz əmlak növlərindən biridir. Bununla yanaşı, aqroturizm, kənd təsərrüfatı məqsədli turizm və bağçılıq kimi yeni fəaliyyət istiqamətlərinin inkişafı da torpağa olan tələbi artırır. Dövlət qurumlarının və ayrı-ayrı təşkilatların həyata keçirdiyi layihələr, bölgələrə yatırılan investisiyalar da torpaq qiymətlərinə təsir göstərir.


Eyni zamanda torpaq sahələrinin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onların sahəsini artırmaq mümkün deyil. Məsələn, köhnə binanı söküb yerində daha böyük bina inşa etmək mümkündür və beləliklə, tikili sahəsi artır. Amma torpaq sahəsi əvvəl nə qədər olubsa, sonradan da həmin ölçüdə qalır. Bu da torpağın dəyərinin artmasına təsir edən əsas amillərdən biridir".

Onun sözlərinə görə, bundan sonra torpaq qiymətlərinin artıb-artmayacağına gəldikdə isə, bu il üçün proqnozumuz təxminən 20 faiz civarında idi.

Amma artıq görünür ki, ayrı-ayrı ərazilərdə qiymət artımının bu göstəricidən də yüksək olması mümkündür:

"Ayrı-ayrı yerlərdə baş verən qiymət artımı hətta nisbətən zəif ərazilərdə yerləşən torpaqların qiymətinə də müsbət təsir göstərir. Çünki daşınmaz əmlak bazarı bir-biri ilə sistemli şəkildə əlaqəlidir. Bölgələrdə həyata keçirilən böyük layihələr və investisiyalar da bu prosesə təsir edir.
 

Regionların inkişafına yönələn diqqət həmin ərazilərə marağı artırır. Turizmin inkişafı da torpaq qiymətlərinin yüksəlməsində mühüm rol oynayır.


A-frame evlərin, kotteclərin, restoranların, otellərin və digər istirahət məkanlarının bölgələrdə sayının artması həm onların tikintisi üçün istifadə olunan torpaq sahələrinin, həm də həmin obyektlərə yaxın fərdi yaşayış evləri və torpaqların qiymətinə birbaşa təsir göstərir. Sosial-iqtisadi inkişaf da öz növbəsində torpaq sahələrinə olan tələbi və onların qiymətini artıran amillərdən biridir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Son zamanlar yayılan xəstəlik nədir?

Son zamanlar yayılan xəstəlik nədir?

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO