Türkiyənin məşhur “Yeraltı” serialı yeni mövsüm hazırlıqlarına başlayıb.
Bizim.Media xəbər verir ki, Birsen Altuntaşın məlumatına görə, yeni mövsümdə serialın heyətinə bir sıra tanınmış aktyorlar qoşulacaq.
İkinci mövsümdə İsmail Hacıoğlu və Şükran Ovalı kimi tanınmış aktyorları tamaşaçı qarşısına çıxaracaq layihənin heyətinə usta aktyor Ekrem Tamer də daxil olub.
İsmail Hacıoğlunun atasını canlandıracaq Ekrem Tamerin serialdakı hadisələrin bütün balansını dəyişəcəyi gözlənilir.
Qeyd edək ki, serialda baş rolları Deniz Can Aktaş, Devrim Özkan və Uraz Kaygılaroğlu canlandırır. Mövsüm finalından sonra ikinci mövsümə hazırlaşan “Yeraltı” serialının sentyabr ayında çəkilişlərə başlaması planlaşdırılır.

Bizim.Media