Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Son illərdə insanlar arasında belə bir fikir formalaşıb ki, dünya sanki “rəngsizləşir”. Bu ifadə bəzən məcazi mənada – müharibələr, pandemiya və digər qlobal problemlərlə əlaqələndirilir. Lakin məsələ yalnız bununla məhdudlaşmır. Doğrudanmı dünya sözün həqiqi mənasında da rənglərini itirir?
 

Son dövrlərdə diqqətçəkən əsas dəyişikliklərdən biri rəng palitrasının sadələşməsi və soyuq tonların üstünlük qazanmasıdır. İstər memarlıqda, istər interyer dizaynında, istərsə də rəqəmsal platformalarda parlaq və canlı rəngləri getdikcə daha sakit, neytral və minimalist çalarlar əvəz edir.


Küçələrə nəzər saldıqda da eyni mənzərə ilə qarşılaşırıq: tünd rəngli geyimlər, boz və qara tonlarda avtomobillər üstünlük təşkil edir. Sanki insanlar getdikcə canlı rənglərdən uzaqlaşırlar.

Bəs hanı bənövşəyi, sarı, qırmızı kimi enerjili rənglər?

Şübhəsiz ki, rəngarəngliyin azalması insanın əhval-ruhiyyəsinə də təsirsiz ötüşmür.

Mövzuyla bağlı Bizim.Media-ya fikirlərini bildirən psixoloq Nabat Mirzəyeva da təsdiq edir ki, rənglərin insan psixologiyasına güclü təsiri sübut edilib.

“Hazırda hər yerdə daha çox soyuq rənglərin üstünlük təşkil etməsi psixoloji və sosial faktorlarla bağlı olur. Bu isə insanlarda depressiv əhval-ruhiyyəni artırır. Düzdür bəzən boz, qara, tünd tonlar sakitləşdirici təsir bağışlaya bilir. Ancaq əgər insan  özü də stressli bir mühitdədirsə, əlavə olaraq, ətraf mühit də soyuq rənglərə bürünübsə, bu onun özünü daha depressiv hiss etməsinə səbəb ola bilər”.

Psixoloq vurğulayıb ki, rəngarəng, isti tonlar insanların özlərini daha enerjili hiss etməsinə, əhval-ruhiyyənin daha yaxşı olmasına səbəb olur.

Bəzən solğun rənglər uşaq geyimlərində otaqlarında belə görülür. Müsahibimiz  isə buna münasibət olaraq bildirib ki, xüsusilə uşaqlar və emosional fərdlər mühitin soyuqluğundan daha tez təsirlənə bilirlər.

 O, insanların daimi olaraq tünd rənglərdən istifadə etməsinin altında yatan psixolojik gerçəkləri də açıqlayıb:

“Daimi olaraq tünd rənglərdən müraciət etmək , bunu hətta ev dekorasiyasında da istifadə etmək o deməkdir ki,həmin insan yaşayacağı bir stuadiyadan, canlılıqdan qaçır. Çünki insan əgər özünü daha enerjik hiss etmək istəyirsə, daha canlı rənglərdə geyinir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Son zamanlar yayılan xəstəlik nədir?

Son zamanlar yayılan xəstəlik nədir?

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO