Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Adətən, 70-80-ci illərdə doğulanları “itirilmiş gənclik”, “itirilmiş yeniyetməlik” nəsli adlandırırlar. Əvvəllər bu ifadə bir az şişirdilmiş, bir az da nostaljik səslənirdi, lakin zaman keçdikcə və yeni nəsillə müqayisə etdikcə, bunun nə qədər doğru olduğu gün kimi aydın görünür.

Bu nəslin nümayəndələri üç çağ atlatdı: uşaqlığını Sovet dövründə, yeniyetməliyini keçid dövründə, gəncliyini isə özünü yeni toparlamış, amma hələ müstəmləkənin kir-pasını üzərindən atmağa başlayan müstəqillik dövründə yaşadı. Siyasi, iqtisadi, sosial cəhətdən bir-birindən tamamilə fərqlənən dünyalardır.
 

Qısa zamanda ard-arda dəyişən siyasi sistemlərə, idarəçilik modellərinə, sosial xaosa dözüb təmkinlə dayanmaq üçün möhkəm psixoloji hazırlıq lazım idi. Xüsusilə müharibə, qıtlıq, yoxsulluq, işsizlik, inflyasiya, köç, hələ bir qarın çörək üçün uzun-uzadı növbələr bugünkü nəslin filmlərdə gördüyü, bəlkə də şişirtmə hesab etdiyi hadisələr idi ki, əslində bu gün də onun travmasından çıxa bilmirik.


Sağ qalanların məğlubiyyəti...

Sabahından çox bu günü xilas etməyin, özündən çox kiçik bacı-qardaşının arzularını yerinə yetirməyin dərdində olan bu insanların xəyalları da böyük bir keçid dövrünün qazanında əridi. Ona görə də heç vaxt böyümədilər. Qayğısız keçməli olan uşaqlıq mərhələsi donduruldu: ailəyə kömək etmək, minimal büdcəylə təhsil almaq, aza qane olub tələb etməmək, ayaqda qalmaq, dəyişən dünyaya uyğunlaşmaq lazım idi.

Valideynlər də yol göstərə bilmirdi, çünki onların bildiyi yol artıq çoxdan dağıdılmışdı. Bu gün adi baxışla belə aydın müşahidə olunur: 1970-80 təvəllüdlü insanlar 1995-2000 doğumlulardan daha uşaqdırlar, həmin dondurulmuş uşaqlığın buzu açılıb, amma yerində və vaxtında olmadığı üçün gülünc görünür. Ona görə də yeni nəslin təmkini, soyuqqanlılığı, məqsədyönlülüyü altında sıxılır, daha dəqiq desək, əzilirlər.

Çox dözüb, az qazananlar

Digər tərəfdən bu nəslin xarakterində qəribə bir qarışıqlıq var: dikbaşlıqla üzüyolalıq, dözümlülüklə emosionallıq yanaşı gedir və bu da normal həyat qurmağa mane olur. Kommunizm idealları ilə xəyal quran uşaqların, salamı da pula satan kapitalist uşaqları ilə ulduzu heç barışmadı. Fədakarlığından “yox” deməyi bacarmadılar, amma qürurundan da götürməmək üçün əyilmədilər. Başqasının dərdini öz dərdindən üstün tutdular, ailə üçün özlərindən keçdilər, öhdəsinə düşəndən artığını quruca “sağ ol”a etdilər.

Daim öz həyatlarını ikinci plana atmaqla, özlərinə sərmayə qoymağa, fürsət axtarmağa, əlaqələr qurmağa, əməklərini qiymətləndirməyə vaxt çatmadı. Əlbəttə, xaraktercə bəlkə də daha möhkəm, insani münasibətlər baxımından daha zəngin oldular, amma maddi və sosial pillələrdə haqqı olduğu yerə çata bilmədilər. Nəticədə 45-50 yaşlı insanlar özlərindən 20-25 il kiçik ağalarının buyruq qullarına çevrildilər.

Bugünkü gəncliyə baxanda bu fərq daha çox görünür
 

Yeni nəslin dünyası tamam başqadır. Daha praqmatikdirlər. Öz sərhədlərini daha yaxşı qoruyurlar. Rahatlıqlarını, karyeralarını, şəxsi həyatlarını önə çəkirlər. Bəzən robotik, həddindən artıq hesablanmış, yalnız özünü düşünən görünürlər, çünki bizim “ailə üçün dözmək lazımdır” anlayışı, onlar üçün  “bunun mənə nə faydası var?” sualı üzərində qurulub. 


Bəlkə də onlar haqlıdır. Çünki onların sələfləri bu həyatda hər şeyi öyrəndilər, “özünü düşünmək”dən başqa. Bizim gəncliyimiz “sonra düzələr” ümidi ilə keçdi.

Yaxşı insan olmaqla uğurlu olmaq həmişə eyni şeydirmi?

Fədakarlıq həmişə mükafatlandırılmır. Dözümlülük həmişə karyera gətirmir və ən pisi, bütün bunları anlayanda, itirilən illəri geri qaytarmaq mümkün olmur. Bəzən geriyə baxıb anlayırsan ki, o nəslin nümayəndələri bütün o müharibələrdən, qıtlıqdan, keçid dövründən sağ çıxdı, amma həyatın yarışında çox şeyi itirdi: vaxtını, gəncliyini, arzularını, maddi və sosial imkanlarını...

Yaşamağı yox, həyatda qalmağı öyrəndilər. Amma qəribə paradoks da elə buradadır. İndiki nəslin yarıingilis, yarıazərbaycan dili ilə desək, bütün məhrumiyyətdən, çətinlikdən çıxıb bu günlərə çatan “survivor”lar olsalar da, əslində daha çox “loser”dirlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO