Rusiyadan gözlənilməz ADDIM – Hədəfdə hansı ölkələr var?

Məlum olduğu kimi, Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq.

Məlumata görə, sözügedən təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil ediləcək.

Xatırladaq ki, Rusiya hazırda Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) yurisdiksiyasını tanımır. Bu ölkə habelə BCM-nin Roma Statutunu da imzalamayıb. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasında da deyil. Bu səbəbdən Moskvada hesab edirlər ki, AİHM-in qərarları da Rusiya üçün məcburi deyil.

Görünən odur ki, qanun qüvvəyə minacəyi təqdirdə, Kreml “Rusiya vətəndaşlarını qorumaq” adı ilə başqa ölkələrə müdaxilə edə biləcək.

Xatırladaq ki, daha əvvəl Kreml Baltikyanı ölkələri Rusiya vətəndaşları və rusdilli əhali ilə bağlı narahatlıqlarını bildirmişdi.

Rusiyanın növbəti hədəfi Baltikyanı ölkələrdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Rusiyanın Baltikyanı ölkələrə müdaxilə imkanları olduqca aşağıdır:

“Həmin ölkələr NATO üzvüdürlər. Bu da ümumən onları şərqdən gələn təhlükədən qoruyur. Bu mənada Rusiya öz vətəndaşlarını qorumaq adı ilə çətin ki, Baltikyanı ölkələrə müdaxilə etsin. Belə vəziyyətin yaranması Rusiyanın  NATO ilə üz-üzə gəlməsi demək olacaq”.

Deputatın fikrincə, sözügedən qanun layihəsi ilk növbədə MDB məkanı, əsasən də Ermənistana qarşı yönəlib:

“Rusiya Dövlət Duması tərəfindən birinci oxunuşda qəbul edilən bu qanun layihəsi ölkə Prezidentinə hər hansı bir digər dövlətdə Rusiya vətəndaşları təqib olunar və yaxud saxlanılarsa, həmin dövlətin ərazisində silahlı qüvvələrdən istifadə etməklə müdaxilə etmək imkanı verir. Bu ciddi narahatlığa səbəb ola biləcək bir qanun layihəsidir.

Yaranmış vəziyyətlə bağlı olaraq daha çox Rusiya qonşuluğunda olan Şərqi Avropa ölkələri narahatlıq ifadə ediblər. İlk növbədə də keçmiş postsovet ölkələri bunu özləri üçün ciddi təhlükə hesab edirlər. Bu, xüsusən də, Ermənistanda keçirilməsi gözlənilən parlament seçkiləri ərəfəsində Rusiyanın maraqlarını müdafiə edən seçkiyə qatılacaq şəxslərin Moskva tərəfindən qorunduğu barədə illüziya yaratmaq cəhdidir. Bu fonda Samvel Karapetyan məsələsi diqqət mərkəzindədir. Görünür, ona qarşı atılan addımlar müqabilində Ermənistanın da hədəf ola biləcəyi mesajı verilir”.

AMİP sədri qeyd edib ki, bu addım əslində rəsmi Moskvanın keçmiş sovet ölkələrini Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi adı altında hərbi təhdid altında saxlamaq cəhdi kimi dəyərləndirilir:

“Bu dəyişikliklə Rusiya başqa dövlətlərdə dinc insanların hüquqlarını müdafiə etmək məqsədilə özünün başqa dövlətlərin daxili işlərinə müdaxiləyə əsaslanan siyasi gedişlərini pərdələməyi düşünür. Ukraynaya hücuma bəhanə vermək üçün də vaxtilə Kreml orada yaşayan rusların hüquqlarının qorunması versiyasını irəli sürmüşdü”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

End of content

No more pages to load

RADİO