Gey, ateist, “siyasi fəal” obrazı – Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ – SENSASİON DETALLAR – VİDEO

Böyük Britaniyada saxta əsaslarla miqrantlara sığınacaq almağa “kömək edən” şəbəkə ifşa edilib.

Bizim.Media xəbər verir ki, şəbəkəni ifşa etmək üçün BBC-nin müxbiri şəbəkənin istifadə etdiyi ofislərdən birinə yaxınlaşıb.

Müxbir özünü Banqladeşdən olan tələbə kimi təqdim edib və Böyük Britaniyada qalmaq üçün necə sığınacaq ala biləcəyini öyrənmək istəyib.

Özünü vəkil kimi təqdim edən Zahid Həsən Əhənd ona müxtəlif variantlar və Daxili İşlər Nazirliyini necə aldatmaq barədə danışıb.

Gey, ateist və ya siyasi fəal

Əhənd bildirib ki, sığınacaq almaq üçün üç yol var: cinsi oriyentasiyasına, dini inanclarına və ya siyasi baxışlarına görə təqiblərlə üzləşən biri kimi.

“Vəkil” 1500 funt sterlinq qarşılığında hüquqi məsələləri həll edəcəyini bildirib. Sığınacaq almaq istəyən şəxsdən üç yoldan birinə uyğun obraz formalaşdırmaq tələb olunub.

Əgər o, özünü ateist elan etmək yolunu seçsə, sosial şəbəkələrdə İslamı və ya Məhəmməd peyğəmbəri təhqir edən paylaşımlar etməlidir.

"Din xadimləri sizi öldürməklə hədələyən şərhlər yazmağa başlayacaqlar. Siz isə sığınacaq müsahibəsi zamanı həmin şərhləri sübut kimi təqdim edəcəksiniz”, - deyə Əhənd bildirib.

“Vəkil” siyasi əsaslarla sığınacaq almağın isə daha çətin olduğunu deyib. Bu imkandan yararlanmaq istəyən şəxsə qarşı öz ölkəsində hüquqi iddia qaldırılmalıdır.

Ən asan üsul kimi isə gey kimi davranmaq tövsiyə edilib:

“Çünki Daxili İşlər Nazirliyi bu halda keçmiş hekayənizlə maraqlanmayacaq. Ancaq müəyyən dəlillər təqdim etmək lazımdır. Məsələn, müxtəlif LGBT klublarına üzvlük kimi. Çünki sığınacaq üçün müraciət etdikdə bununla bağlı suallar verirlər. Siz həmin LGBT dərnəklərinin üzvü olduğunuzla bağlı məktub təqdim edə bilərsiniz. Bu dərnəklərə getsəniz, yaxalanmayacaqsınız. Çünki oradakıların əksəriyyəti LGBT fərdi deyil”.

BBC-nin məqaləsində qeyd olunub ki, saxta yollarla sığınacaq “təşkil edən” yeganə şəxs Zahid Həsən Əhənd deyil. Araşdırma zamanı 2018-2021-ci illərdə Banqladeşdən oxşar üsullarla sığınacaq üçün müraciət edib uğur qazanmış çox sayda şəxsin olduğu üzə çıxıb.

Saxta veb-saytlar

Məqalədə ən diqqətçəkən məqam isə gey, siyasi fəal və ya ateist kimi sığınacaq almaq istəyən şəxslərin oxşar sübutlar təqdim etməsidir. Onlar eyni saytlarda dərc olunan xəbər və məqalələri sığınacaq almaq üçün təşkil olunan müsahibədə fakt kimi təqdim ediblər. Həmin məqalələrdə sığınacaq istəyən şəxslərin guya siyasi mövqeyinə görə təqib olunduğu, dini görüşlərinə görə təzyiqlərə məruz qaldığı, yaxud da gey olduğu üçün ölümlə təhdid ediliyi kimi məlumatlar dərc olunub.

Lakin sözügedən veb saytlar şəbəkəsinin də saxta sığınacaq təşkil edən qrupla əlaqəli biri tərəfindən yaradıldığı məlum olub. Bu saytlarda konkret sığınacaq müraciəti edənlərin adlarını çəkən az sayda məqalədən başqa, Banqladeşdə baş verən hadisələrlə bağlı xəbərlər də paylaşılıb. Bununla da, şəbəkə öz məqsədini gizlətməyə çalışıb.

Foto çəkdirmək üçün təşkil olunan aksiyalar

Siyasi sığınacaq almaq istəyənlər isə guya etiraz aksiyalarında çəkilmiş fotolarını sübut göstəriblər. Lakin araşdırma nəticəsində həmin siyasi etirazların məhz bir neçə iştirakçının fotolarını çəkmək və sonradan Britaniya DİN-ə təqdim etmək üçün təşkil edildiyi də üzə çıxıb.

Azərbaycandan qaçan saxta "müxalifətçi"lərin sığınacaq almaq taktikaları

Qeyd edək ki, Azərbaycandan da çox sayda şəxs Qərbdə sığınacaq almaq üçün oxşar metodlardan istifadə edib. Onlar Qərb ölkələrinə gedən kimi, guya Azərbaycanda siyasi fəaliyyətlərinə, yaxud da cinsi oriyentasiyalarına görə təqibə məruz qaldıqlarını iddia ediblər. Əslində isə onlara qarşı heç bir təqib və ya təzyiq olmayıb. Sadəcə olaraq, sığınacaq almaq üçün bu yola əl atıblar.

Onlardan bəziləri sığınacaq aldıqdan sonra da özlərini “siyasi aktivist” kimi göstərməyə, təqiblərə məruz qaldıqlarını iddia etməyə davam ediblər. Həmin şəxslərdən bir qrupu “söyüş müxalifətçiliyi”, bəziləri təxribatçı aksiyalar təşkil etməklə, bəziləri isə guya jurnalistika fəaliyyəti ilə məşğul olurlar. Guya qaçdıqları ölkələrdə təqib edildiklərini uyduranlar da olub. Əslində isə, onlar bu metodlarla Qərbdə yaşamaq icazələrini legitimləşdirməyə çalışırlar. 

Yəni bu şəxslərin xaricdə sığınacaq almalarına rəğmən, “fəaliyyət”lərinə davam etməsi təsadüfi deyil. Onların əsas məqsədlərindən biri qaçdıqları ölkədə daimi yaşamaq izni və ya vətəndaşlıq almaq, digəri isə bu yolla xarici fondlardan qrant almaqla ciblərini doldurmaqdan ibarətdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

End of content

No more pages to load

RADİO