Kilsədə Azərbaycan dilində İBADƏT - Ənənə dəyişir, yoxsa yeni dövr başlayır? – VİDEO

Pasxa ərəfəsində xristianlar öz ənənələrinə görə, kilsələrə gedir mənəvi cəhətdən təmizlənmək üçün kilsələrdə dualar oxuyur, keşişlərin moizələrini dinləyirlər. Xüsusilə maraq doğuran məqamlardan biri də kilsələrdə duaların Azərbaycan dilində oxunmasıdır. Bu hal bəziləri üçün yenilik kimi görünsə də, əslində qəbul olunmuş bir yanaşmadır.

Tarixən xristianlıqda ibadət dili uzun müddət sabit olub. Məsələn, pravoslav dünyasında əsas liturgiya dili kimi Church Slavonic istifadə olunub. Lakin zaman keçdikcə müxtəlif xalqların dini mətnləri daha yaxşı anlaması üçün duaların yerli dillərə tərcüməsi geniş yayılıb.

Bu, istər-istəməz sual yaradır: dini mətnlərin başqa dillərdə oxunması ümumilikdə qəbul olunurmu?

İlahiyyatçı Fazil Əhməd Bizim.Media-ya bunu belə şərh etdi ki, bütün dinlərdə yerli dil ənənəsi mövcuddur. İslamda, o cümlədən xristian dünyasında da ilahilər müxtəlif dillərdə, fərqli avazlarla ifa olunur.

“Azərbaycanda da uzun illərdir ki, müxtəlif tədbirlərdə, bayramlarda və mərasimlərdə xüsusi qruplar tərəfindən ilahilər ana dilində səsləndirilir və cəmiyyətimiz bu ifaları böyük zövqlə qarşılayır.
 

Dini mətnlərin Azərbaycan dilində oxunması insanların onları daha yaxşı anlamasına və daha dərindən hiss etməsinə imkan yaradır. Bu baxımdan ana dilində ifa daha məqsədəuyğun hesab olunur. Kilsələrdə səsləndirilən bu ilahilər xristian dini mətnlərinə əsaslanır. Eyni şəkildə, Azərbaycanda da Qurani-Kərimin öz dilimizdə həm canlı ifalarda, həm də müxtəlif platformalarda tanınmış aktyorların ifasında rast gəlmək mümkündür.


Ümumiyyətlə, duaların hər kəsin öz ana dilində oxunması çox tövsiyə olunur. Çünki bu, insanın Allahla daha səmimi və dərin bağ qurmasına kömək edir. İnsan nə dediyini anladıqda, dua yalnız sözlərdən ibarət olmur, o, hissə və düşüncəyə çevrilir. Şəxsən mən də məşhur duaların tərcümələrini dəfələrlə müxtəlif platformalarda paylaşmışam və bunun insanların daha şüurlu şəkildə dua etməsinə müsbət təsir etdiyini müşahidə etmişəm”.

Yeni Həyat Protestant kilsəsindən verilən açıqlamada da dini ibadətlərin yerli dildə edilməsi müsbət qarşılanır. Qeyd olunur ki, dil sadəcə vasitədir; əsas olan isə məzmun və niyyətdir.

“Bəzi kilsələrdə qarışıq formada olur: həm ənənəvi, həm də yerli dildə. Azərbaycan dilini bilməyənlər üçün xüsusi tərcüməçilər olur. Bu, tam normaldır və kilsə qaydalarına zidd deyil. Biz əgər Tanrı haqqında danışırıqsa, ona hansı dildə ibadət edilməsi fərq etməz. Əslində yerli, anlaşılan dildə insanların dua etməsi daha yaxşıdır. Bilmədiyi bir dildə nəyisə əzbərləyib təkrarlamaqdansa, öz dilində anlayıb ibadət etsinlər. Əsas odur ki, ürəkdən dua etsinlər. Qəlblərdəki niyyətləri yerdə duaya çevirəndə göydə rəbb onu insanlara qaytaracaq. Rəbb bütün dilləri bilir”.



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADY lokomotiv parkını müasirləşdirir: Çindən yeni yük və sərnişin lokomotivləri alınır – FOTO

ADY lokomotiv parkını müasirləşdirir: Çindən yeni yük və sərnişin lokomotivləri alınır – FOTO

Rusiyadan növbəti dəfə Ermənistana "Ukrayna ssenarisi" HƏDƏSİ

Rusiyadan növbəti dəfə Ermənistana "Ukrayna ssenarisi" HƏDƏSİ

Qərbi azərbaycanlıların qayıdışı ABŞ Konqresində MÜZAKİRƏ EDİLƏCƏK

Qərbi azərbaycanlıların qayıdışı ABŞ Konqresində MÜZAKİRƏ EDİLƏCƏK

Dövlət başçıları “Heydər Əliyev və Qarabağ” sərgisində - FOTO

Dövlət başçıları “Heydər Əliyev və Qarabağ” sərgisində - FOTO

Türkiyədə NATO sammiti öncəsi kütləvi əməliyyat: 209 nəfər saxlanıldı

Türkiyədə NATO sammiti öncəsi kütləvi əməliyyat: 209 nəfər saxlanıldı

Lavrov Zelenskini "fürer" adlandırdı

Lavrov Zelenskini "fürer" adlandırdı

Xankəndidə iki nəfər HƏBS OLUNDU

Xankəndidə iki nəfər HƏBS OLUNDU

Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Türkiyə klubu Yankoviç üçün nə qədər pul TƏKLİF EDİB?

Türkiyə klubu Yankoviç üçün nə qədər pul TƏKLİF EDİB?

Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO

Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın – VİDEO

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Litva hökuməti istefa VERDİ

Litva hökuməti istefa VERDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisarlar – "Dərin dövlət" təmizlənir

ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisarlar – "Dərin dövlət" təmizlənir

End of content

No more pages to load

RADİO