Qusarda oğul anasını döydü

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum olunub.

İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında saat 16:30 radələrində təqsirləndirilən şəxsin yaşadığı Qusar rayonu ərazisində yerləşən mağazada baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan Fərəc Bəşirzadə mağazada satıcı kimi çalışan anası, zərərçəkmiş Bəsti Bəşirzadədən (adı, soyadı şərtidir) spirtli içki almaq istəyib. Anasının buna etiraz etməsi nəticəsində aralarında mübahisə yaranıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən qadına qarşı fiziki zor tətbiq edərək onun üz nahiyəsinə əl və qol zərbələri endirib.

Nəticədə Bəsti Bəşirzadəyə sağ göz orbiti ətrafında və üst dodağın orta hissəsində qançırlar, burunun sol yan səthində sıyrıqlar, eləcə də üst dodağın selikli qişasında əzilmiş yara kimi xəsarətlər yetirilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

Məhkəmə istintaqı zamanı Fərəc Bəşirzadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib.

O, ifadəsində deyib ki, hadisə günü səhər saatlarında qardaşına məxsus mağazadan spirtli içki alaraq qəbul edib. Daha sonra həmin gün yenidən mağazaya qayıdaraq spirtli içki almaq istəyərkən anası buna mane olub.

Bu səbəbdən aralarında mübahisə yarandığını deyən təqsirləndirilən şəxs əsəbiləşərək anasına zərbə endirdiyini etiraf edib.

O, həmçinin anası ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan nəqliyyat əlaqələrinin bərpası MÜZAKİRƏ EDİLDİ

Türkiyə-Ermənistan nəqliyyat əlaqələrinin bərpası MÜZAKİRƏ EDİLDİ

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Trampla yaşanan qarşıdurma Meloninin reytinqini yüksəltdi

Trampla yaşanan qarşıdurma Meloninin reytinqini yüksəltdi

Putin Zelenskinin məktubunu tənqid etdi: "8 il səbr etdik" - VİDEO

Putin Zelenskinin məktubunu tənqid etdi: "8 il səbr etdik" - VİDEO

“Dostluq” atasına verilmişdi- “Mərd” isə oğlunun oldu - Fotolar

“Dostluq” atasına verilmişdi- “Mərd” isə oğlunun oldu - Fotolar

Krımda dəmir yolu körpüsü belə partladıldı – ANBAAN VİDEO

Krımda dəmir yolu körpüsü belə partladıldı – ANBAAN VİDEO

"Bu qanun kişiləri evlilikdən soyudacaq"

"Bu qanun kişiləri evlilikdən soyudacaq"

Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu

Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu

Yeddi ildir sevgili idilər – Evlilik təklif etdi – FOTO

Yeddi ildir sevgili idilər – Evlilik təklif etdi – FOTO

“Doğma Qarabağ torpağında balalarımızla” – VİDEO

“Doğma Qarabağ torpağında balalarımızla” – VİDEO

Tramp: "İranın dondurulmuş aktivləri yalnız ABŞ-dan dərman alınmasına yönəldiləcək"

Tramp: "İranın dondurulmuş aktivləri yalnız ABŞ-dan dərman alınmasına yönəldiləcək"

İrakli Kobaxidzedən Avropa Parlamentinə KƏSKİN BƏYANAT

İrakli Kobaxidzedən Avropa Parlamentinə KƏSKİN BƏYANAT

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana GƏLƏCƏK

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana GƏLƏCƏK

Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO

Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO

Tramp: “Ötən gün Hörmüz boğazından rekord həddə neft daşınıb” – FOTO

Tramp: “Ötən gün Hörmüz boğazından rekord həddə neft daşınıb” – FOTO

Hava kəskin dəyişir: Dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Ukraynadan qonşu ölkəyə SAVAŞ TƏHDİDİ – İkinci cəbhə açılacaq?

Ukraynadan qonşu ölkəyə SAVAŞ TƏHDİDİ – İkinci cəbhə açılacaq?

Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi

Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi

"Benzinkalonka ölkəsi" çıxılmaz vəziyyətdə: Rusiya yanacaq idxal edəcək – VİDEO

"Benzinkalonka ölkəsi" çıxılmaz vəziyyətdə: Rusiya yanacaq idxal edəcək – VİDEO

Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi – RƏSMİ

Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi – RƏSMİ

Tramp: “İranda humanitar böhran yaşanır, onlara kömək etməliyik” – FOTO

Tramp: “İranda humanitar böhran yaşanır, onlara kömək etməliyik” – FOTO

Lyayen gələn həftə Ermənistana səfər edəcək – Rusiyanın reaksiyası necə olacaq?

Lyayen gələn həftə Ermənistana səfər edəcək – Rusiyanın reaksiyası necə olacaq?

Ukrayna ordusu Rusiyanın yük karvanını vurdu - Video

Ukrayna ordusu Rusiyanın yük karvanını vurdu - Video

Tramp: "İran nüvə obyektlərində təftişlərin aparılmasına razılıq verdi"

Tramp: "İran nüvə obyektlərində təftişlərin aparılmasına razılıq verdi"

End of content

No more pages to load

RADİO