Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinə qarşı kəskin bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, hökumət başçısı Avropa Parlamentinin Gürcüstanın suverenliyinə yanaşmasını tənqid atəşinə tutub.
Kobaxidze bildirib ki, Rusiya və daha dörd ölkə Gürcüstanın ərazi bütövlüyünü tanımadığı kimi, Avropa Parlamenti də ölkənin suverenliyini "tanımır".
Bunun cavabında Baş nazir Avropa Parlamentinin özünə qarşı da analoji tanımama siyasəti yürüdəcəklərini vəd edib.
Bizim.Media