Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Autizm spektr pozuntusu, daun sindromu və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün vaxtında müdaxilə və davamlı reabilitasiya xidmətləri onların inkişafında mühüm rol oynayır. Azərbaycanda bu istiqamətdə bir sıra dövlət reabilitasiya mərkəzləri fəaliyyət göstərsə də, valideynlər bəzi regionlarda xidmətlərə əlçatanlıq, mərkəzlərin regionlar üzrə yerləşməsi, qəbul imkanları və xidmət tutumu ilə bağlı məsələlərin araşdırılmasının vacibliyini qeyd edirlər.

Bəs həqiqətən də bölgələrdə sözügedən reabilitasiya mərkəzlərinin sayı yetərlidirmi? Valideynlər niyə övladlarının müalicəsi üçün Bakıya köçməyə məcbur qalırlar? Bu müəssisələrin regionlar üzrə bölgüsü necədir və hansı rayonlar onların xidmət əhatəsinə daxildir?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, hazırda agentliyin 4 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir:

“Əlilliyi olan uşaqların reabilitasiyası Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya Agentliyi üçün xüsusi prioritet təşkil edir. Çünki erkən və düzgün reabilitasiya onların gələcək həyatında həlledici rol oynayır, həmin uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə verir.

Bu kateqoriyadan olan uşaqlar üçün paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri, eləcə də Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir. Regionlarda əlilliyi olan uşaqların sayı, mövcud ehtiyac və tələbat nəzərə alınmaqla, yeni reabilitasiya mərkəzlərinin açılması və planlaşdırılması həyata keçirilir”.

Bildirilib ki, sözügedən uşaqların reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatması məqsədilə “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi icra olunur:

“2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə ötən ildən etibarən Gəncə şəhərində də reallaşdırılır. İndiyədək layihə çərçivəsində əlilliyi olan 2900 şəxsə xidmət göstərilib. 

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Uşaqları müşayiət edən yaxınları da onlarla birgə bu xidmətlə əhatə olunurlar. Reabilitasiya proseduru bitdikdən sonra isə uşaqlar yenidən geri qaytarılırlar.

Agentliyin innovativ təşəbbüslərindən biri olan Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” məntəqəsi də vətəndaşlara daha operativ və əlçatan xidmət göstərilməsi məqsədilə yaradılıb”.

Məlumata görə, son dövrlərdə Qəbələ və Şəmkirdə 25 çarpayılıq Uşaq Reabilitasiya Mərkəzləri yaradılıb ki, bununla da ümumilikdə, bu müəssisələrin sayı 4-ə çatdırılıb.

Agentlik tərəfindən o cümlədən, Quba və Gəncə şəhərlərində yeni açılacaq DOST Mərkəzlərində də “RehaPoint” məntəqəsinin yaradılması nəzərdə tutulur. Həmin məntəqələrdə də əlilliyi olan uşaqlara müvafiq xidmətlər göstəriləcək.

Qeyd olunub ki, Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan uşaqların potensiallarına uyğun inkişafını, sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə xidmətlər göstərilir.
 

Bu müəssisələrdə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, danceability (rəqs terapiyası) və s. istiqamətlərədə xidmətlərlə təmin edilirlər. Onlara ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.


Autizm sindromlu, habelə daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqlar reabilitasiya mərkəzləri tərəfindən hippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb olunurlar. Bu terapiya onların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət  təsir edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

End of content

No more pages to load

RADİO