ABŞ Prezidenti Donald Tramp İranın dondurulmuş aktivlərinin sərbəst buraxılacaq hissəsinin eksklüziv olaraq Birləşmiş Ştatlardan kənd təsərrüfatı məhsulları və tibbi ləvazimatların satın alınması üçün istifadə ediləcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
"ABŞ Maliyyə Nazirliyi tərəfindən sərbəst buraxılan və ya sanksiyalar çərçivəsində əldə olunan vəsaitlər ABŞ-ın nəzarətindəki eskrou (escrow) hesabına yerləşdirilir. Bu vəsaitlər istisnasız olaraq Birləşmiş Ştatlardan ərzaq və dərman vasitələrinin, o cümlədən qarğıdalı, buğda və soyanın satın alınmasına sərf olunacaq", – deyə Tramp bildirib.
Vaşinqtonun bu addımı maliyyə resurslarının Tehrana birbaşa çatmasının qarşısını almaq və vəsaitlərin yalnız humanitar məqsədlər üçün istifadəsinə ciddi nəzarət etmək məqsədi daşıyır.
Bizim.Media