DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub.

Bizim.Media xəbər veirr ki, bu əlamətdar tarixlə əlaqədar DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra DTX-nin şəxsi heyəti tərəfindən Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarları ziyarət edilib, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyulub.

DTX-nin əməkdaşları və veteranlarının iştirakı ilə Xidmətin akt zalında keçirilmiş tədbirdə şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Xidmət rəisi Əli Nağıyev çıxış edərək, təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən, Ulu Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi misilsiz və əvəzsiz xidmətlərdən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açıb, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını deyib.
 

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğunun regionda əməliyyat şəraitinə ciddi təsir etdiyini vurğulayan general-polkovnik Əli Nağıyev ötən dövrdə xarici xüsusi xidmət orqanlarının və digər qüvvələrin ölkəmiz əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində DTX-nin gördüyü işlərdən və əldə olunmuş uğurlu nəticələrdən də danışıb. 


Xidmət rəisi həmçinin DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, terrorçuluğu maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə və sair cinayət faktları barədə geniş məlumat verib.

Daha sonra digər çıxış edənlər bu orqanların keçdiyi tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi yönündə atdığı qətiyyətli və cəsarətli addımlardan, dahi rəhbərin təhlükəsizlik təşkilatındakı fəaliyyəti ilə bu orqanlarda peşəkarlıq məktəbinin əsasının qoyulmasından və bu məktəbin davamçıları olan DTX-nin əməkdaşlarının öz fəaliyyətlərini müasir zamanın tələblərinə uyğun şəkildə qurmasından bəhs ediblər.
 

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüş DTX-nin əməkdaşlarının təltif edilməsi mərasimi keçirilib.


Tədbir DTX-nin və “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” sənədli filminin nümayişi ilə başa çatıb.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblərdə satışı qadağan edilən məhsullar AŞKARLANIB – RƏSMİ

Məktəblərdə satışı qadağan edilən məhsullar AŞKARLANIB – RƏSMİ

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

Evindəki bir adyal ona milyonlar qazandırdı – FOTOLAR

Evindəki bir adyal ona milyonlar qazandırdı – FOTOLAR

Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

Ukrayna şəhərlərinə KÜTLƏVİ ZƏRBƏLƏR – Ölənlər var – VİDEO

Ukrayna şəhərlərinə KÜTLƏVİ ZƏRBƏLƏR – Ölənlər var – VİDEO

ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycanda qaz ödənişləri ilə bağlı – Yenilik

Azərbaycanda qaz ödənişləri ilə bağlı – Yenilik

50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi - Bəşəriyyət XİLAS OLACAQ

50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi - Bəşəriyyət XİLAS OLACAQ

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi – VİDEO

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi – VİDEO

Bir qasırğa 400 illik sərhəd anlaşmazlığına SON QOYDU

Bir qasırğa 400 illik sərhəd anlaşmazlığına SON QOYDU

Xankəndidə güclü YANĞIN

Xankəndidə güclü YANĞIN

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

End of content

No more pages to load

RADİO