Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, daha 22 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Qeyd olunub ki, Odessada hücum nəticəsində 2 nəfər ölüb, ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb.
Sumı vilayətində 7 nəfərin xəsarət aldığı qeydə alınıb, onların arasında bir uşaq var. Bundan əlavə, Zaporojye vilayətində Rusiyanın zərbələri nəticəsində 3 nəfər ölüb və daha 5 nəfər yaralanıb.
Bizim.Media