"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində Prezidentin ailəsini şantaj edən şəxs ötən gün ifşa olunub. Bu haqda İctimai Televiziyada (İTV) sujet yayımlanıb.

Sujetdə bildirilib ki, xaricdə yaşayan blogerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. DTX tərəfindən saxlanılan şəxsin ifadələri əsasında aparılan araşdırmalar göstərir ki, sosial şəbəkələrdə Alena Əliyeva haqqında yayılan məlumatlar heç bir faktiki əsas daşımayıb və informasiya tamamilə saxta əsaslı, manipulyativ məzmun daşıyıb.

Bizim.Media xəbər verir ki, tanınmış jurnalist Arif Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, xaricdə yaşayan bloqerlər indi bu cəbhənin ön sıralarındadırlar:

“Amma bu proses, təəssüf ki, çoxdan gedir və biz dəfələrlə xəbərdarlıq edirdik ki, nə iqtidar-müxalifət münasibətlərində, nə insani münasibətlərdə bu cür davranış qaydalarını və bu cür mübarizə qaydalarını yaxına buraxmaq olmaz.
 

Bu, həndəsi silsilə ilə arta-arta gedən şeydir və bütövlükdə cəmiyyətin mənəvi dayaqlarını sarsıdan məsələlərdir. İndi o mərhələdəyik və əlbəttə ki, qətiyyətlə belə şeyləri pisləyirik. Onun qarşısını almağı Azərbaycan hökumətindən də çox Azərbaycan cəmiyyətinin vacib məsələlərindən biri hesab edirik.


Çünki problemə geniş baxmaq lazımdır. Bu, bir qrup insanla və yaxud bir qrup bloqerlə, yaxud bir qrup siyasi dəstənin digər dəstə ilə mübarizəsi deyil”.


O bildirib ki, bu, bütövlükdə cəmiyyətin, konkret özümüzün, ailəmizin və övladlarımızın əxlaqi-mənəvi sütunlarına zərbədir:

“İstəyirəm bunu hər kəs göz altına alsın ki, bu gün buna dözümlə yanaşanlar, sabah nə özlərini, nə öz övladlarını bax belə hücum qarşısında qoruya bilməyəcəklər. Əlbəttə, burda başqa bir məsələ də var. Söhbət burda artıq qadın məsələsindən də gedir, dövlət rəhbərinin ailəsinin məsələlərindən də gedir.

Ona görə bu problem daha da həssaslaşır. Amma bütövlükdə götürəndə bu cür şeylərin qarşısını almaq üçün bütün mümkün qanuni və bütün mümkün ictimai mübarizə formalarından istifadə olunmalıdır”.
 

Qeyd edək ki, ilin əvvəlindən xaricdə yaşayan bloqerlər tərəfindən Alena Əliyeva haqqında böhtan xarakterli məlumatlar yayılmağa başlanıb. Bu kampaniya ilə eyni vaxtda naməlum şəxs yüksəkvəzifəli şəxsləri saxta görüntülərlə şantaj edərək 5 milyon avro tələb edib.


Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. O, istintaqa verdiyi ifadədə materialları Mehman Hüseynov və digər şəxslərdən aldığını etiraf edib. Saxlanılan şəxs görüntüləri yaymamaq müqabilində ailə üzvlərinə və Heydər Əliyev Fonduna hədə-qorxu dolu mesajlar ünvanladığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO