Xaricdə bir, bizdə isə üç gün – Vitrində saxlanılan vaxtı keçmiş çörəklərin AQİBƏTİ

Çörək gündəlik qida rasionunda ən çox istifadə olunan məhsuldur. Ona görə də çörəyin keyfiyyətinin qorunması üçün onun düzgün saxlanması və qoyulmuş müddət ərzində satılması vacibdir.

Dünya təcrübəsində çörək məmulatlarının vitrində saxlanılması əksər ölkələrdə 24 saatdır. Təkcə Rusiya yaxın günlərdə bu müddəti 12 saata endirib. Qoyulmuş müddət ərzində satılmadıqda zavoda geri, təkrar emala göndərilir.

Burada hələ keyfiyyəti itməmiş çörəkdən suxarılar hazırlanır, nisbətən tərkibi dəyişmiş olanlar isə yemlik olaraq ayrılır.

Azərbaycanda çörəyin rəf ömrü 72 saat nəzərdə tutulub. Açıq, paketsiz  halda isə bir gündən artıq saxlanılması qadağandır. Çünki hava ilə, eləcə də müştərilərin əllərindən mikrob çirklənməsi ola bilər.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəbul edilmiş “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”na görə, çörəyin saxlama müddəti laborator testlə təyin edilməlidir. Bəzi növ (qatqılı, kəpəkli, çovdar və s.) çörəklərin saxlanma müddəti buna görə təyin olunur.  Üzərindəki etiketində istehsal və son istifadə tarixi mütləq göstərilməlidir.

Ev şəraitində isə çörəyi otaq temperaturunda 20-25°-də 2-3 gün saxlamaq olar. Soyuduca çörəyin ömrü uzansa da dadı qaçar, ona görə də mütəxəssislər çörəyi soyuducuda saxlamağı məsləhət görmürlər.

Bəs bayat və ya xarab çörək yemək dərəcədə təhlükəlidir?

Dietoloq Elnarə Fərəcova Bizim.Media-ya bildırdi ki, bu, çörəyin nə dərəcədə bayat və xarab olub-olmamasından asılıdır.

“Sadəcə bayat çörəkdirsə, yəni çörək quruyub və bərkiyibsə, sağlamlıq üçün ciddi problem yaratmır. Amma həzm etmək bir az çətin ola bilər. Əgər çörəyin üzərində kif (yaşıl, ağ təbəqə) varsa, qəti yemək olmaz. Kifli çörək ürəkbulanma, qarın ağrısı, qusma, allergik reaksiyalar yarada bilər. Uzun müddət qalmış çörəkdə bakteriya inkişaf edə, mədə-bağırsaq xəstəliyi yarada bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu evlər cəmi 2 saata hazır olur

Bu evlər cəmi 2 saata hazır olur

Tibb Universitetinə qəbul olmaq asanlaşır? - Bu ilin gözlənilən keçid balı

Tibb Universitetinə qəbul olmaq asanlaşır? - Bu ilin gözlənilən keçid balı

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO

Ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatdı

Ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatdı

Qadın futbolçularımız Şimali Makedoniyanı məğlub etdi

Qadın futbolçularımız Şimali Makedoniyanı məğlub etdi

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - RƏQƏMLƏR

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - RƏQƏMLƏR

İran Trampın hədəsinə CAVAB VERDİ

İran Trampın hədəsinə CAVAB VERDİ

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Azərbaycanın neft hasilatı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanın neft hasilatı ilə bağlı YENİ PROQNOZ

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

End of content

No more pages to load

RADİO