Yüksək sürət sevən sürücülərin “sınanmış” bir üsulu var: məsələn, 90-lıq yolu 120 ilə gedib müşahidə kamerasına çatanda sürəti azaltmaq. Amma bu təhlükəli vərdişi hər sürücü bacarmır.
Kameranı gördükdə sürəti azaldıb, göstərilən sürətlə sakitcə keçmək həmin anda qaydasında görünə bilər, çünki spidometr artıq icazə verilən sürəti göstərir. Lakin cihaz sürəti daha əvvəl, sürücü yol kənarındakı qurğunu hələ görməmişdən əvvəl ölçmüş ola bilər.
Yol polisi nümayəndəsinin verdiyi məlumatına görə, müşahidənin başladığı məsafə quraşdırılmış konkret sistemdən asılıdır. Bütün cihazlar üçün vahid məsafə həddi yoxdur və yalnız cihazın korpusuna baxmaqla bu həddi müəyyən etmək çətindir. Nəticədə, kameraya çatmazdan cəmi 50-100 metr əvvəl sürəti azaltmaq vərdişi əks nəticə verə bilər; əgər sürət həddinin aşılması faktı artıq qeydə alınıbsa, sonradan əyləcə basmaq gec olacaq.
Qeyd edək ki, müasir avadanlıqların imkanları sadəcə sürətin ölçülməsindən qat-qat genişdir.
Hətta sakit sürüş zamanı belə, bütöv zolaq xəttinin azacıq tapdalanması səbəbindən də cərimə yazıla bilər. Piyada keçidlərinin yaxınlığında kameralar sürücülərin piyadalara qarşı davranışına nəzarət edir. Yəni başqa yerdə “niyə yazmadı, amma burda yazdı” sualının cavabı düz kameranın “burnunun dibində” qeydə düşməyinizdədir.
Qeyd edək ki, Azərbaycanda yol müşahidəsi üçün əsasən Hikvision avadanlıqlarının istifadə edilir.
Radar aşkarlama məsafəsi: 150 metr, sürət ölçmə diapazonu: 10–320 km/saatdır. Eyni anda 128-ə qədər hədəfi izləyə, 2 zolağa qədər əhatə edə bilir.
Şəfiqə Şəfa, Bizim.Media