35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Türkmənistanda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə qəbul edilən qərarlar uzun illər ərzində qurulmuş münasibətlərin mahiyyətini açır, dövlətlər arasında formalaşmış etimadın səviyyəsini nümayiş etdirir və gələcək əməkdaşlığın istiqamətini müəyyənləşdirir.

Azərbaycanın yekdilliklə Məşvərətçi Şuranın üzvü seçilməsi də məhz bu baxımdan diqqətəlayiq siyasi hadisədir. Bu qərar Azərbaycanın regionda artan nüfuzunun, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinin və ortaq maraqlar ətrafında formalaşan əməkdaşlığın məntiqi nəticəsidir. Növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi isə bu siyasi etimadın praktiki müstəvidə davam etdirilməsi, regionun gələcək gündəliyinin müəyyənləşdirilməsində ölkəmizin rolunun daha da güclənməsi deməkdir.
 

Burada diqqətçəkən əsas məqam təkcə Azərbaycanın sədr seçilməsi deyil, bu qərarın yekdilliklə qəbul olunmasıdır. Çünki dövlətlərarası münasibətlərdə yekdil dəstək sadəcə diplomatik nəzakət ifadəsi deyil. Bu, ortaq siyasi baxışların, qarşılıqlı maraqların və tərəfdaşlığın davamlılığına inamın göstəricisidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin təməlində dayanan qardaşlıq, qarşılıqlı hörmət və etimad da belə qərarların siyasi məzmununu müəyyənləşdirir.


Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri coğrafi yaxınlıqdan və tarixi bağlılıqdan daha geniş məna daşıyır. Bu münasibətlər ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə, tarixi təcrübəyə, eləcə də müstəqil dövlətçilik maraqlarına söykənir. Lakin müasir dövrdə qardaşlıq münasibətlərinin real siyasi gücə çevrilməsi üçün mənəvi yaxınlıqla yanaşı, etibarlı tərəfdaşlıq, ardıcıl diplomatiya və konkret nəticələr də tələb olunur.

Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət məhz bu prinsiplərin uzlaşdırılmasına əsaslanır. Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat-kommunikasiya imkanlarının artırılmasına və regional əməkdaşlığın yeni mexanizmlərinin formalaşdırılmasına xüsusi əhəmiyyət verir.

Bu baxımdan, üzv dövlətlərin Azərbaycana yekdil dəstəyi qarşılıqlı münasibətlərin sadəcə ənənəvi dostluq səviyyəsində qalmadığını göstərir. Artıq söhbət ortaq gələcək haqqında düşünən, regional proseslərdə bir-birinin maraqlarını nəzərə alan və əməkdaşlığı institusional səviyyədə inkişaf etdirən dövlətlərdən gedir. Növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsinə qərar verilməsi də xüsusi hadisədir. Bakı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və nəqliyyat əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm platformadır. Beləliklə, sədrliyin siyasi əhəmiyyəti yalnız bugünkü münasibətlərin təsdiqi ilə məhdudlaşmır, o, gələcək əməkdaşlığın daha geniş çərçivədə qurulmasına da şərait yaradır.
 

2026-cı il Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün xüsusi tarixi məna daşıyır. Bu il region ölkələrinin müstəqillik əldə etmələrinin 35-ci ildönümüdür. Otuz beş il dövlətlərin tarixində uzun müddət kimi görünməyə bilər. Lakin müasir dünyanın mürəkkəb siyasi prosesləri, qlobal iqtisadi dəyişikliklər və təhlükəsizlik çağırışları fonunda bu müddət bütöv bir dövlətçilik təcrübəsinin formalaşması üçün kifayət qədər əhəmiyyətli dövrdür.


Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq forumda səsləndirdiyi tezisin mahiyyəti də bu tarixi kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı demişdi ki, vaxtilə Azərbaycanın müstəqil dövlət kimi yaşaya bilməyəcəyini düşünənlər yanılırdılar. Çünki dövlətçilik yalnız mövcud problemlərin ağırlığı ilə deyil, həmin problemləri aradan qaldırmaq bacarığı, siyasi iradə və milli məqsədlər naminə səfərbərlik qabiliyyəti ilə ölçülür.

Azərbaycanın keçdiyi yol bu baxımdan mühüm nümunədir. Müstəqilliyin ilk illərində üzləşdiyi ağır böhranlardan çıxan ölkəmiz sonrakı dövrdə siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, enerji strategiyasının reallaşdırılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atdı.

Bu yolun ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Azərbaycan müstəqilliyini yalnız qorumaqla kifayətlənmədi. Ölkə özünün regional və beynəlxalq mövqelərini gücləndirdi, milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürütmək imkanlarını genişləndirdi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Müstəqilliyin 35-ci ildönümü ərəfəsində əldə olunan bu nəticələr bir həqiqəti təsdiqləyir ki, əsas xalqın iradəsidir, dövlətin idarəçilik qabiliyyəti və milli maraqlar əsasında müəyyənləşdirilən strateji istiqamətdir.

Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən digər mühüm məqam onların müstəqillik dövründə fərqli inkişaf yolları keçmələrinə baxmayaraq, ortaq strateji məqsədlərə malik olmalarıdır. Hər bir ölkə öz tarixi, coğrafi mövqeyi, iqtisadi imkanları və milli prioritetləri əsasında dövlətçilik modelini formalaşdırıb. Bununla belə, sabitliyin qorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin rifahının yüksəldilməsi bütün dövlətlər üçün fundamental vəzifələr olaraq qalır.
 

Azərbaycan da bu istiqamətdə özünəməxsus inkişaf yolu keçib. Enerji resurslarından əldə olunan imkanların iqtisadi və infrastruktur layihələrinə yönəldilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı və təhlükəsizlik sahəsində görülən tədbirlər ölkənin regional mövqelərini gücləndirib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesinin həyata keçirilməsi Azərbaycanın inkişaf gündəliyinə yeni istiqamət əlavə edib. Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın gücləndirilməsi məhz bu istiqamətə xidmət edir.


Hazırda dövlətlər arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq, rəqəmsal infrastrukturun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması regionun ümumi potensialını yüksəltmək imkanına malikdir. Bu cür əməkdaşlıq hər bir ölkənin milli maraqlarını qorumaqla yanaşı, ümumi regional dayanıqlığı da gücləndirir. Bu, müstəqilliyin növbəti mərhələsi üçün mühüm əhəmiyyət daşıyır. Əgər müstəqilliyin ilk onilliklərində əsas vəzifə dövlət institutlarını yaratmaq və suverenliyi qorumaq idisə, bu gün əsas məsələlərdən biri müstəqilliyin yaratdığı imkanları daha yüksək inkişaf səviyyəsinə çevirməkdir.

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığına yalnız ikitərəfli münasibətlər kontekstində yanaşmaq düzgün olmaz. Bu əlaqələr daha geniş geosiyasi və geoiqtisadi mənzərənin bir hissəsidir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, enerji təhlükəsizliyinin aktuallığını qoruduğu və dövlətlərin alternativ nəqliyyat yollarına marağının artdığı bir dövrdə Xəzər dənizi ətrafında əməkdaşlığın əhəmiyyəti yüksəlir.

Azərbaycan Şərqlə Qərb arasında yerləşən coğrafi mövqeyini real iqtisadi və siyasi üstünlüyə çevirmək üçün uzun illərdir ardıcıl siyasət həyata keçirir. Nəqliyyat infrastrukturu, liman imkanları, dəmir yolları, avtomobil yolları və beynəlxalq logistika layihələri ölkəmizin tranzit potensialını gücləndirən əsas amillərdir. Mərkəzi Asiya dövlətləri üçün də Xəzər üzərindən keçən marşrutlar Avropa və digər bazarlara çıxışın şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
 

Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin inkişafı yalnız siyasi yaxınlığın möhkəmləndirilməsi deyil, həm də iqtisadi imkanların genişləndirilməsi deməkdir. Digər tərəfdən Azərbaycan müxtəlif tərəfdaşlarla əlaqələrini milli maraqlar əsasında qurmaqla yanaşı, ortaq tarixə və mədəniyyətə malik dövlətlərlə əməkdaşlığın daha dərin və davamlı mexanizmlərini inkişaf etdirməyə çalışır.


Vaxtilə bəzi dairələr tərəfindən müstəqil yaşamaq imkanları şübhə altına alınan dövlətlərin bu gün öz gələcəklərini müəyyənləşdirməsi, regional təşəbbüslərdə fəal iştirak etməsi və qarşılıqlı etimad əsasında əməkdaşlıq qurması tarixi inkişafın özünəməxsus cavabıdır.

Azərbaycan bu yolda da mühüm nəticə ortaya qoyur: dövlətin gücü yalnız qarşılaşdığı çətinliklərin miqyası ilə deyil, onları aradan qaldırmaq və gələcək üçün yeni imkanlar yaratmaq qabiliyyəti ilə ölçülür. Bu gün Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini məhz belə bir mərhələdə inkişaf etdirir. Ortaq tarixdən qaynaqlanan qardaşlıq münasibətləri siyasi etimada, siyasi etimad isə daha geniş əməkdaşlıq imkanlarına çevrilir.

Yunis Orucov (əməkdar jurnalist)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rusiya Qara dənizdə yük gəmisini VURDU

Rusiya Qara dənizdə yük gəmisini VURDU

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Prezidentlərin iştirak etdiyi konsertdə “Azərbaycanım” mahnısı və muğam SƏSLƏNDİRİLDİ - VİDEO

Prezidentlərin iştirak etdiyi konsertdə “Azərbaycanım” mahnısı və muğam SƏSLƏNDİRİLDİ - VİDEO

Husilər Ər-Riyad hava limanında təyyarəyə zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanında təyyarəyə zərbə endirdi - VİDEO

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

"İmişli" məşqçisi ilə yollarını ayırdı

"İmişli" məşqçisi ilə yollarını ayırdı

End of content

No more pages to load

RADİO