Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti TƏTBİQ EDİLƏCƏK – SƏRƏNCAM

Bizim.Media-nın məlumatına görə, Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.

"Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.
 

Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur.


Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir.

Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır", - Sərəncamda vurğulanıb.

Sərəncama əsasən, Nazirlər Kabineti:

aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etməli;

məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görməli;
 

sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görməli;


bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi – Hərəkət məhdudlaşdı – ÖZƏL/VİDEO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi – Hərəkət məhdudlaşdı – ÖZƏL/VİDEO

“Uzak Şehir” “İlin serialı” seçildi

“Uzak Şehir” “İlin serialı” seçildi

“Əsas heyətə düşmək üçün çox çalışıram” -Musa Qurbanlı

“Əsas heyətə düşmək üçün çox çalışıram” -Musa Qurbanlı

Lökbatan-Qobu yolunda avtomobil aşıb – VİDEO

Lökbatan-Qobu yolunda avtomobil aşıb – VİDEO

Piyadaların yollarda yaratdığı təhlükəli anlar – VİDEO

Piyadaların yollarda yaratdığı təhlükəli anlar – VİDEO

Bakıda yeni ekspress avtobuslar fəaliyyətə başladı – VİDEO

Bakıda yeni ekspress avtobuslar fəaliyyətə başladı – VİDEO

Azərbaycandan İrana elektrik enerjisi ixracı ARTIB

Azərbaycandan İrana elektrik enerjisi ixracı ARTIB

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

Bakıda kişi elektrik enerjisinə görə şikayətçi olanxadiməni döydü

Bakıda kişi elektrik enerjisinə görə şikayətçi olanxadiməni döydü

BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi

BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi

Yeddi ayda 234 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Yeddi ayda 234 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Yayda hamının etdiyi səhv - Hovuzdan sonra bu təhlükə artır

Yayda hamının etdiyi səhv - Hovuzdan sonra bu təhlükə artır

Dərini səssizcə qocaldan 7 vərdiş:Hər gün fərqinə varmadan edirik

Dərini səssizcə qocaldan 7 vərdiş:Hər gün fərqinə varmadan edirik

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA

Kolleclərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Kolleclərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

Sosial müavinət və təqaüdlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinət və təqaüdlərlə bağlı RƏSMİ MƏLUMAT

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

End of content

No more pages to load

RADİO