Sabah maraqlı astronomik hadisə baş verəcək

Sabah maraqlı astronomik hadisə olan "Planetlər paradı" fenomeni baş verəcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən məlumata görə, bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər.

Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq.

Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonrakı dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək.
 

Venera saat 19:31-də, Merkuri isə saat 19:37-də batdığından, paradı izləmək üçün uyğun zaman intervalı 18:30–19:37 aralığıdır. Ümumilikdə, Günəş batdıqdan sonra ilk 30-40 dəqiqə ərzində müşahidə aparmaq daha məqsədəuyğundur. Çünki sonra planetlərin hamısını eyni anda səmada görmək mümkün olmayacaq.


Merkuri və Venera Günəşə yaxın yerləşdiklərinə, Saturn isə Yerdən müşahidə üçün əlverişsiz mövqedə olduğuna görə adi gözlə o qədər də aydın seçilmirlər. Uran və Neptunu isə yalnız kiçik teleskoplar vasitəsilə müşahidə etmək mümkündür.

"Planetlərin paradı" bir neçə formada baş verə bilər. Mini parad – 3 planetin, Kiçik parad - 4 planetin, Böyük parad - 5 və ya 6 planetin, Tam parad - bütün 7 planet və bəzən Plutonun da Yer səmasında eyni xətt boyunca düzülməsi müşahidə edilir.

Planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfiqurasiyası fərqli olur.

Cari konfiqurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetlərin səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün Sky Map, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

End of content

No more pages to load

RADİO