İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verdi.

Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Silahlı Qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid "Aslan qalası" memarlıq abidələri var.
 

Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb.


Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb.

Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində "Xanabad" kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 20 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 20 oktyabr – VİDEO

"Sabah"ın bütün futbolçularını araşdırmışam"

"Sabah"ın bütün futbolçularını araşdırmışam"

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

UEFA FİFA-dan HESABAT tələb etdi

UEFA FİFA-dan HESABAT tələb etdi

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Parisda komendant saatı ELAN OLUNDU

Parisda komendant saatı ELAN OLUNDU

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

End of content

No more pages to load

RADİO