Həkimlərin köməyi olmadan 8 xəstəliyi yendi, 92 yaşında işə qəbul olundu – Ərşad Əzimzadə ilə MÜSAHİBƏ

Bu günlərdə yazıçı-jurnalist, loğman, “Möcüzəsiz möcüzə” adlı təbii müalicə üsullarından bəhs edən kitabı ilə məşhurlaşmış Ərşad Əzimzadə 92 yaşında rəsmən işə qəbul olunub. Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən əziyyət çəkib. 60 yaşında Ümümdünya Natural Gigiyena hərəkatı karifeylərinin təbii müalicə ilə bağlı əsərlərini oxuyaraq, xəstəliklərdən xilas olub. Həmin vaxtdan etibarən təbii müalicə ilə bağlı biliklərini insanlarla bölüşür.

Bizim.Media qocaman yazıçı ilə müsahibəni təqdim edir.

– Ərşad müəllim, 92 yaşında rəsmən işə qəbul olunmaq hər kəsə nəsib olmur. Nəinki Azərbaycanda, dünyada belə bir nümunə yoxdur. Ona görə də eşidənlərə maraqlı gəldi. Necə oldu ki, işə qəbul olundunuz?

– Əslində uzun illərdir ki, “İnci” şirkəti ilə sifarişlə çalışırdım. İndi isə işçi olaraq rəsmiləşdirildim. Mənim kitablarım burada nəşr olunur. “İnci” şirkətinə məxsus yeni “İzə” nəşriyyatı var: orada həm məsləhətçi kimi işləyirəm, həm də digər kitabların redaktəsini edirəm. Hazırda iş başındayam.

– Yalnız bədii ədəbiyyat kitablarını redaktə edirsiniz, yoxsa iş fəaliyyətinizə digər elmi-publisistik əsərlər də daxildir?

– Bildiyiniz kimi, mən ixtisasca jurnalistəm. Uzun illər mərkəzi qəzetlərdə, müxtəlif mətbu orqanlarda çalışmışam. Yəni redaktə mənim işimin bir hissəsi olub. Təqaüdə çıxdıqdan sonra yazıçılığa başlamışam. Amma yenə də redaktə işini bununla yanaşı davam etdirmişəm. Publisistik, bədii, müxtəlif səpkili əsərləri redaktə edirəm.

– Sizi oxucular daha çox “Möcüzəsiz möcüzə” əsəri ilə tanıyıblar. Bununla yanaşı indiyədək çox kitabınız işıq üzü görüb. Bəs hazırda hansı kitab üzərində işləyirsiniz?

– Hazırda şəkərli diabetin təbii yolla müalicəsi ilə bağlı seriya şəklində kitab üzərində işləyirəm. Bundan başqa bədii əsərlə də məşğulam. “Durna bulağı” adlı üç cildlik kitab olacaq. SSRİ-nin Nikita Xruşşovun rəhbərlik etdiyi dövründən başlayaraq ta bu günə qədər olan hadisələrdən bəhs edirəm. Kitablardan başqa “Qardaşımın qardaşı” adlı monoqrafiya üzərində də işləyirəm. O da öz taleyimdən bəhs edir. Bundan başqa, sosial platformada “Şəfa məktəbi” adlı səhifəm var. Orada müəyyən dərslər keçirəm, izləyicilərə tövsiyələr edirəm.


– Sizin bu yaşda motivasiyanıza heyran qalmamaq mümkün deyil. Çox maraqlıdır, gənclərə örnək olunası bu enerjini hardan alırsınız?


– Mənə fiziki olaraq enerjini verən ən əsas təbii qidalardır. Baxmayaraq ki, səhhətimdə problem yaşadım, həyat yoldaşım dünyasını dəyişdi, bu itkidən çox sarsıldım, amma toparlandım. Yavaş-yavaş düzəldim. Amma zehni cəhətdən heç vaxt problemim olmayıb, hər şey öz qaydasındadır və həmişə də zəka və düşüncələrimə güvənmişəm.

– Nəzərə alsaq ki, son zamanlar bir çox xəstəliklərin yaşı cavanlaşıb, psixoloji problemlər artıb, gənclərə həm həyat tərzində, həm qidalanmada, iş həyatında nə tövsiyə edərdiniz?

– Məhəmməd Peyğəmbərin gözəl bir kəlamı var: “Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin dərmanı  pəhrizdir”. Pəhriz həqiqətən də çox faydalıdır. Mən məsləhət görərdim ki, ən birinci qidalanma qaydalarına düzgün əməl etsinlər. Mütəmadi olaraq, orqanizmlərinə uyğun pəhriz növü seçsinlər. Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır, insan nikbinləşir, cavanlaşır, yaddaş itiləşir, təfəkkür cilalanır, bu da onun işinə sirayət edir. Elə bir xəstəlik yoxdur ki, sağlam həyat tərzinin köməyi ilə və təbii yolla sağaltmaq mümkün olmasın. Amma elə bir xəstəlik də yoxdur ki, onu dərmanların köməyi ilə tamamilə sağaltmaq mümkün olsun. Ona görə də tövsiyə edərdim ki, sağlam həyat tərzinə keçsinlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

"Air India" təyyarəsi güclü burulğana DÜŞDÜ - VİDEO

"Air India" təyyarəsi güclü burulğana DÜŞDÜ - VİDEO

End of content

No more pages to load

RADİO