Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov məhkəməyə yazılı formada vəsatət verib.
 

Kamran Əsədov məhkəmədən səhhətində problem olduğunu, həyat yoldaşının şəkərli diabetdən əziyyət çəkdiyini, himayəsində üç azyaşlı övladı olduğunu nəzərə alaraq, ev dustaqlığına buraxılmasını xahiş edib.


Daha sonra digər təqsirləndirilən Gündüz Abbasov da ev dustaqlığı ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısı hər iki vəsatətin təmin edilməməsini istəyib. Vəsatətlər təmin edilməyib.

Daha sonra şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Şəfəq Əzizova bildirib ki, oğlunun gözləri zəif gördüyü üçün imtahana yaxşı hazırlaşa bilməyib:

“Bunu ailəvi dostumuz Fuada dedim. O da mənə Kamran müəllimin nömrəsini verdi. Kamran müəllimin ofisinə getdim. Məni Gündüzün yanına göndərdi. Gündüz mənə aparatlar verdi. Həmin aparatları sonra Kamrana qaytardım. Mənə dəymiş ziyan ödənilib”.

Digər şahid Fuad Qurbanov bildirib ki, Şəfəq xanım ona oğlunun imtahanı yaxşı vermədiyini bildirib:

“Kamran Əsədovu tanıyırdım. Kamrana dedim ki, tanışıma hazırlıq müəllimi lazımdır. Bir gün Şəfəq xanım mənə zəng edib dedi ki, Kamran məni Gəncəyə yönləndirib və avadanlıqlar verib. Dedim ki, istəyirsizsə götürməyin. Pulun verilməsində mənim iştirakım olmayıb. Məndə olan məlumata görə, 15 min manat verilib. Amma nə puli, nədə cihazları görmüşəm”.

İş üzrə şahid qismində tanınan Sevinc Ağcıyeva ifadəsində Gündüz Abbasovu tanıdığını bildirib:

“Qızım imtahana onların verdiyi cihazla girmişdi. Lakin cihaz işləməmişdi. Biz imtahanın səhəri cihazı qaytardıq. Məndən 3 min manat istəmişdilər. Dedilər ki, imtahandan sonra verərsiniz, amma cihaz işləmədiyi üçün pul vermədim”.

Şahid qismində ifadə verən tələbə M.Ağcıyeva isə bildirib ki, imtahana cihazla girsə də, cihazda problem olub:

“Atam məni imtahana apardı. İmtahan başladı, amma səs gəlmədi. Cihazdan ancaq xışıltı səsi gəlirdi”.

Proses fevralın 19-da davam etdirələcək.

Xatırladaq ki, Kamran Əsədov ötən prosesdə məhkəmə zalında həbs olunub.
 

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.


İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
 

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.


Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maşın gətirənlərin nəzərinə — Yeni tələb

Maşın gətirənlərin nəzərinə — Yeni tələb

Zaqatalada bir gündə itkin düşən 8 şəhid yad olundu – FOTO

Zaqatalada bir gündə itkin düşən 8 şəhid yad olundu – FOTO

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Əli Əsədovun sədrliyi ilə hökumət üzvlərinin İCLASI – Hansı məsələ müzakirə olundu? – FOTO

Əli Əsədovun sədrliyi ilə hökumət üzvlərinin İCLASI – Hansı məsələ müzakirə olundu? – FOTO

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ÖDƏNİLDİ

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ÖDƏNİLDİ

DİQQƏT! Bakının bəzi ərazilərində işıq olmayacaq

DİQQƏT! Bakının bəzi ərazilərində işıq olmayacaq

161 nömrəli məktəbin üçüncü mərtəbəsi niyə başqa quruma VERİLİB? – RƏSMİ AÇIQLAMA

161 nömrəli məktəbin üçüncü mərtəbəsi niyə başqa quruma VERİLİB? – RƏSMİ AÇIQLAMA

Xəyanətə uğrayan əqrəbdən qorxun! - Bürclər aldadılsa nə edər?

Xəyanətə uğrayan əqrəbdən qorxun! - Bürclər aldadılsa nə edər?

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşdi - 14 ilədək HƏBS

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşdi - 14 ilədək HƏBS

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

Dünyanın ən bahalı meyvəsi – FOTO

Dünyanın ən bahalı meyvəsi – FOTO

Xınalığa qar yağır – VİDEO

Xınalığa qar yağır – VİDEO

End of content

No more pages to load

RADİO