"Zavod çörəyi" də bahalaşacaq

"Hələ zavod çörəyi bahalaşmayıb, bir müddət sonra o da bahalaşacaq. Bu yaxınlarda hökumət dizel yanacağının qiymətini 10% artırdı, bezin də bahalaşdı, əhalinin istifadə etdiyi qazın, elektrik enerjisinin əlavə sabit xərcini yaratdı. Elə o vaxt dedik ki, dizel yanacağının qiyməti artırsa, bu, o deməkdir ki, daşınmanın, nəqliyyatın xərci artır.
 

Nəticədə, un istehsalçılarının daşıdıqları buğdanın, unun xərci çoxaldı. Un çörək bişirilən müəssisələrə daşınır, həmin müəssisələrin də xərci artır. Çörək bişir, ticarət obyektlərinə daşınır, bunun da xərci artır. Ümumilikdə, istehsal müəssisələrində çalışanların xərcləri çoxalır, beləliklə, artan xərci kompensasiya etmələrinə ehtiyac yaranır.


Bunu hansı yolla kompensasiya etsinlər? İstehsal etdikləri məhsulun qiymətini artırmaq hesabına. Bu, təbiidir. Başqa yolları qalmır, çünki o müəssisələrdə çalışanların heç birinin əlavə qazanc yeri yoxdur ki, xərclərini ödəsinlər. Təəssüf ki, hökumət bunu başa düşmür.

Hökumətdə çalışanların əksəriyyətinin əlavə gəlir mənbəyi var. Bəziləri rüşvət alır, bəziləri korrupsiya ilə məşğuldur, paket alırlar... Başa düşməzlər ki, istehsalatda çalışan fəhlələrin yalnız bir yerdən gəliri gəlir. Xərc artanda isə onların əməkhaqları artırılmalıdır. Bu, müəssisənin hesabına həyata keçirilir deyə müəssisə istehsal etdiyi məhsulun qiymətini artırır".

Bizim.Media xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda istehsal get-gedə azalır, məhsuldarlıq aşağı düşür:

"Bu, əldə olunan məhsulun daha yüksək qiymətə əmələ gəlməsi deməkdir. Digər tərəfdən, kənd təsərrüfatında istifadə edilən dizel yanacağının qiyməti artdı. Bizim kəndlilər də istehsal zamanı öz avtomobillərində benzindən istifadə edirlər, onun da qiyməti artdı. Beləliklə, istehsalla məşğul olan kəndlilərin də xərcləri artacaq. Kənd təsərrüfatı məhsulları anbarlara, bazarlara, anbarlardan yenə ticarət obyektlərinə daşınır.

Bu da xərci artırır. Deməli, kənd təsərrüfatında istehsal edilən bütün mal-məhsulun qiymətində təbii olaraq bahalaşma baş verəcək. Bəziləri artıq bahalaşıb, bəziləri isə hələ bundan sonra bahalaşacaq. Ola bilsin, hələ indi anbarlarda qalan məhsullar daşınır. Bundan sonra isə əldə olunan məhsulun maya dəyəri artdığı üçün mərhələ-mərhələ bütün kənd təsərrüfatı məhsullarının qiymətlərində əvvəlki ilə nisbətən bahalaşma görəcəyik".

V.Məhərrəmli bildirib ki, sənaye mallarının da daşınması baha başa gəlir:

"Yəqin ki, bundan sonra daha da baha başa gələcək. Sənaye mallarının qiymətində artım olduğunu müşahidə edirik. Hökumət bilməli idi ki, dizel yanacağının qiyməti artırsa, bu, bütün malın-məhsulun qiymətinə təsir edəcək. Hər dəfə irad tuturlar ki, Ermənistanı niyə nümunə gətirirsiniz?
 

Mən də Qazaxıstanla müqayisə edirəm. Buna, ümumiyyətlə, əsəbləşirlər, axı orada göstəricilər daha yüksəkdir. Qonşu İranla müqayisə etsək, İranda artıq on ildən çoxdur, kəndliyə təklif olunan dizel yanacağının qiyməti Azərbaycan pulu ilə 2 qəpikdir. Dizelin 1 litri kəndliyə 2 qəpiyə satılır. Təsəvvür edirsiniz? Azərbaycanda isə kəndli bundan əlli beş dəfə baha qiymətə dizel yanacağı alır. Son beş ildə dizel yanacağının qiymətini etap-etap üç dəfə artırıblar. 2021, 2023-cü ildə, bir də 2026-cı ildə dizeli bahalaşdırdılar. Bir dəfə 33%, sonra, təxminən, 20%, bəlkə də, bir az da çox, indi isə 10% artırdılar. Qiymət artımı istehsal xərcini artırdığı üçün kəndliləri və istehsalla məşğul olan sahibkarları çətin duruma salır.


Maya dəyəri artır və onlar qiyməti artırmaqda bir o qədər maraqlı deyillər. Çünki çalışırlar ki, bahalı məhsulu tez satsınlar. Kənd təsərrüfatı məhsulu tez xarab olan məhsuldur. Hökumət nəzərə almalıdır ki, heç olmasa, kənd təsərrüfatı üçün müəyyən mərhələyə qədər - İranda olduğu kimi on-on beş il sabit, stabil qiymət müəyyən etsin. Türkmənistanda da ucuzdur. Çünki neft istehsal edən ölkələrdə benzin və dizel yanacağı çox ucuzdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Görmə məhdudiyyətli müəllim sertifikasiyada 55 bal topladı

Görmə məhdudiyyətli müəllim sertifikasiyada 55 bal topladı

3 BÜRC üçün şans qapıları açıldı

3 BÜRC üçün şans qapıları açıldı

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

Bu gün Aşuradır

Bu gün Aşuradır

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

End of content

No more pages to load

RADİO