Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 77 milyon 717 min 420 nəfərə çatıb.
Bizim.Media "Worldometers"ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 709 min 7 nəfərdir. İndiyədək 54 milyon 592 min 956 insan xəstəlikdən sağalıb.
Xatırladaq ki, COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Bizim.Media