Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən tədbirdə baş verən atışmaya münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Mask bu barədə “X” hesabında paylaşım edib.
“Onlar demokratik yolla seçilmiş prezidenti öldürmək üçün ölməyə hazırdırlar”, - deyə Mask yazıb.
Qeyd edək ki, atışma Vaşinqtondakı “Washington Hilton” otelində, Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verib.
Hadisədən sonra Prezident Donald Tramp təhlükəsizlik əməkdaşları tərəfindən təxliyə olunub. Şübhəli şəxs isə saxlanılıb.
İnsidentlə bağlı araşdırma davam etdirilir.

Bizim.Media