ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda onun iştirakı ilə keçirilən tədbirdə baş verən atışmadan sonra yenidən açıqlama verib.
Bizim.Media xəbər verir ki, Tramp prezidentlik vəzifəsinin təhlükələri barədə danışarkən zarafatla bildirib ki, əgər bunu əvvəlcədən bilsəydi, seçkilərdə iştirak etməyə bilərdi.
“Heç kim mənə bu işin bu qədər təhlükəli olduğunu deməmişdi. Əgər Marko Rubio mənə bunu desəydi, bəlkə də ümumiyyətlə namizədliyimi irəli sürməzdim”, - deyə Tramp bildirib.
ABŞ liderinin bu sözləri zalda gülüşlə qarşılanıb.
Qeyd edək ki, bundan əvvəl Tramp ona qarşı təhlükələrin artmasını öz siyasi təsiri ilə əlaqələndirmişdi. O bildirmişdi ki, tarixdə ən çox hədəfə alınan şəxslər adətən ən nüfuzlu və ən çox iş görən insanlar olub.
Vaşinqtondakı “Washington Hilton” otelində keçirilən tədbir zamanı baş verən atışmadan sonra Tramp təhlükəsizlik əməkdaşları tərəfindən təxliyə edilib. Şübhəli şəxs hadisə yerində saxlanılıb.
İnsidentlə bağlı istintaq davam etdirilir.
Bizim.Media