Azad olunan torpaqlarda toy etmək istəyən şəhid kəşfiyyatçımız - VİDEO

Vətən müharibəsində iştirak edən kəşfiyyatçı şəhid Şaiq Teymurov öz şücaəti ilə seçilib.

Cəbhənin Füzuli istiqamətində kəşfiyyatçı qrupu ilə 31 ermənini məhv edib, 1 postu ələ keçirib. Digər bir tapşırığı isə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Bizim.Media bildirir ki, Şaiq 1992-ci il noyabrın 6-da İmişli rayonunun Aranlı kəndində dünyaya göz açıb. Hələ balaca ikən həmyaşıdlarından seçilən Şaiq vətənpərvərliyi ilə fərqlənib.

Şəhidin atası Vidadi Teymurov deyir ki, oğlu idmançı idi, əlbəyaxa döyüşləri üzrə nailiyyətləri var idi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ordu sıralarında qalmaq istəyirdi. Çünki onun idealı Mübariz İbrahimov idi. O, ordu sıralarına qoşulmaq üçün müraciət etdi. Nəhayət öz arzusuna çatdı və bir kəşfiyyatçı olaraq Vətənin keşiyində dayandı.

"Onun döyüş yolu Füzuli istiqamətində olub. Öz qrupu ilə birlikdə erməni səngərinə daxil olaraq, 31 ermənini məhv edib və postu ələ keçirib. Daha sonra ermənilərin yerləşdiyi ərazidə minaatan batareyanı məhv etmək üçün tapşırığı yerinə yetirərkən şəhid olub", - deyə Şaiqin atası bildirir.

Övladı haqqında qürurla danışan Elmira Teymurova isə deyir ki, oğlu ilə fəxr edir: "O, hər zaman Vətən sevgisi ilə yaşayırdı və torpaqların işğaldan azad edilməsi ən böyük arzusu idi. Ona deyirdim ki, ailə qurmaq vaxtındı, bu barədə düşün. Cavab verirdi ki, "torpaqlarımızı işğaldan azad edək, həmin rayonlardan birində toyumu edəcəyəm". Gördüyünüz bu bayraq övladımdan qalıb, onun nişanıdı, hər zaman göz bəbəyim kimi qoruyacağam".

Şaiq həm də idmançı idi. Bir çox nailiyyətlər əldə etmişdi. Onun idman müəllimi Babək Cəfərov tələbəsi haqqında danışarkən söyləyir ki, Şaiq hələ kiçik yaşlarından seçilib. "İdmana başlayanda 7 yaşı vardı, amma yaşının az olmasına baxmayaraq, böyük ürəyə sahib idi. Bütün tapşırıqları vaxtında və sözsüz yerinə yetirirdi. İdmanda bir çox nailiyyətlər qazanmışdı. Şaiq bir dəfə mənə dedi ki, gələcəkdə hərbçi olacağam. Belə də etdi, öz arzusunun ardınca getdi və ən uca məqama - şəhidlik zirvəsinə ucaldı", - deyə Şaiqin idman müəllimi vurğulayır.

Qeyd edək ki, şəhid Şaiq Teymurov sentyabrın 29-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. O, doğulub, boya-başa çatdığı Aranlı kəndində dəfn edilib. (Azərtac)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Estoniyada “donuz ciyiltisi” üzrə çempionat keçirildi - VİDEO

Estoniyada “donuz ciyiltisi” üzrə çempionat keçirildi - VİDEO

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı - VİDEO

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı - VİDEO

Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olduğu bildirilən şəxs edam edildi

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olduğu bildirilən şəxs edam edildi

Ukraynanın ABŞ-dakı səfiri Trampın iştirak etdiyi tədbirdə atışmanın şahidi oldu - FOTO

Ukraynanın ABŞ-dakı səfiri Trampın iştirak etdiyi tədbirdə atışmanın şahidi oldu - FOTO

Mask Trampın iştirak etdiyi tədbirdə atışmaya reaksiya verdi - FOTO

Mask Trampın iştirak etdiyi tədbirdə atışmaya reaksiya verdi - FOTO

Tramp: “Heç kim mənə prezidentlik işinin bu qədər təhlükəli olduğunu deməmişdi” - VİDEO

Tramp: “Heç kim mənə prezidentlik işinin bu qədər təhlükəli olduğunu deməmişdi” - VİDEO

FAKTİKİ HAVA: Daşkəsən və Gədəbəyə qar yağıb

FAKTİKİ HAVA: Daşkəsən və Gədəbəyə qar yağıb

Tramp atışma haqda: “Ən nüfuzlu insanların arxasınca düşürlər, bununla fəxr edirəm”

Tramp atışma haqda: “Ən nüfuzlu insanların arxasınca düşürlər, bununla fəxr edirəm”

Zelenski: “Dünya Çernobıl fəlakətinin təkrarlanmasına imkan verməməlidir” - VİDEO

Zelenski: “Dünya Çernobıl fəlakətinin təkrarlanmasına imkan verməməlidir” - VİDEO

Ağ Ev rəsmisinin “atəşsiz ötüşməyəcək” sözləri Trampa sui-qəsd cəhdindən sonra gündəm oldu - VİDEO

Ağ Ev rəsmisinin “atəşsiz ötüşməyəcək” sözləri Trampa sui-qəsd cəhdindən sonra gündəm oldu - VİDEO

Atışma zamanı əvvəlcə Tramp deyil, Cey Di Vens çıxarılıb - ANBAAN VİDEO

Atışma zamanı əvvəlcə Tramp deyil, Cey Di Vens çıxarılıb - ANBAAN VİDEO

Bu gün İstanbul derbisi olacaq

Bu gün İstanbul derbisi olacaq

İranda məhv edilmiş ABŞ hərbi texnikası nümayiş etdirildi - VİDEO

İranda məhv edilmiş ABŞ hərbi texnikası nümayiş etdirildi - VİDEO

Vaşinqtonda atışmaya görə saxlanılan şəxs məhkəmə qarşısına çıxarılacaq - FOTO

Vaşinqtonda atışmaya görə saxlanılan şəxs məhkəmə qarşısına çıxarılacaq - FOTO

ABŞ-İran danışıqları dalana dirəndi - FOTO

ABŞ-İran danışıqları dalana dirəndi - FOTO

Türkiyədə ard-arda iki zəlzələ oldu

Türkiyədə ard-arda iki zəlzələ oldu

Volodin Pxenyanda Kim Çen Inla görüşdü - VİDEO

Volodin Pxenyanda Kim Çen Inla görüşdü - VİDEO

Trampa sui-qəsd cəhdi zamanı çəkilən yeni VİDEO yayıldı

Trampa sui-qəsd cəhdi zamanı çəkilən yeni VİDEO yayıldı

Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO

Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO

Hersoq və Modi Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi

Hersoq və Modi Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi

End of content

No more pages to load

RADİO