Qonşu ölkə ixracı dayandırdı – Azərbaycanda ətin qiyməti bahalaşa bilər

Son zamanlar region ölkələrində ət bazarında qiymət artımı müşahidə olunur. Məlumata görə, Qazaxıstan ətin qiymətinin bahalaşmasının qarşısını almaq üçün ixracı dayandırmağı planlaşdırır. Əhalinin bu əsas ərzaq məhsuluna daha asan çıxışı və qiymətlərin stabilləşdirilməsi üçün müxtəlif strategiyalar tətbiq oluna bilər.

Bəs Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır? 2026-cı ildə ölkədə ətin qiymətinin artmasının qarşısını almaq və bazarı stabilləşdirmək üçün hansı tədbirlər görülə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadənin sözlərinə görə, son aylar region ölkələrində ət bazarında qiymət artımı müşahidə olunur:

“Qazaxıstanın daxili bazarda qiymətləri stabilləşdirmək üçün ət ixracını dayandırmağı planlaşdırması problemin regional xarakter daşıdığını göstərir. Azərbaycanda da ət məhsullarının bahalaşması əhalinin əsas ərzaq məhsullarına çıxışını çətinləşdirir.

Qiymət artımının əsas səbəblərindən biri heyvandarlıq sektorunda yüksək istehsal xərcləridir. Xüsusilə yem bazasının zəif inkişafı ətin maya dəyərinə ciddi təsir edir. Yem xərcləri ümumi maya dəyərinin təxminən 60-70 faizini təşkil edir. Bundan əlavə, damazlıq heyvan fondunun köhnəlməsi və istehsalın əsasən kiçik təsərrüfatlar üzərində qurulması bazarda səmərəliliyi azaldır”.

Kənan Quluzadənin fikrincə, problemin həlli üçün ilk növbədə yem bitkilərinin istehsalı artırılmalı, bu sahədə subsidiya və suvarma imkanları genişləndirilməlidir:

“Damazlıq heyvandarlığın inkişafı, fermerlərə lizinq mexanizmi ilə yüksək məhsuldar heyvanların verilməsi istehsalın artmasına şərait yarada bilər. Eyni zamanda, kiçik fermerlərin kooperasiya modeli əsasında birləşdirilməsi xərclərin azalmasına kömək edər”.

İqtisadçı bildirib ki, qısa müddətli dövrdə isə dövlət ehtiyatları hesabına ət bazarında tənzimləmə aparılması və qiymət artımı zamanı idxal rüsumlarının müvəqqəti azaldılması bazarda stabilliyi qorumağa imkan verə bilər:

“Nəticə etibarilə, ətin qiyməti yalnız bazar məsələsi deyil, ərzaq təhlükəsizliyi və sosial rifahla birbaşa bağlıdır. Sistemli yanaşma tətbiq olunduğu halda, Azərbaycanda ət bazarında qiymət artımının qarşısını almaq və sabitliyi təmin etmək mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

End of content

No more pages to load

RADİO