Rusiya hərbçiləri yollarda pusqu qurmaq üçün nəzərdə tutulan yeni tip pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Məlumata görə, dron yola yaxın ərazidə eniş edərək sürücünün görmə zonasından kənarda gizlənir.
Minimal enerji sərfiyyatı rejimində gözləyən aparat mikrofon vasitəsilə yoldakı səsləri izləyir. Bildirilir ki, daxili mikrofonlar sayəsində dron saatlarla ərazini müşahidə edə və hədəfin yaxınlaşmasını gözləyə bilir.
Nəqliyyat vasitəsinin səsi aşkarlandıqda isə pilotsuz uçuş aparatı aktivləşir.
Bizim.Media