Yerdə bir sutka cəmi 19 saat olub - Heyrətamiz kəşf

Uzaq keçmişdə Yer elə bir uzun dövr yaşayıb ki, bu müddətdə planetin fırlanması demək olar dəyişməyib və sutkanın uzunluğu təxminən 19 saat təşkil edib. Alimlər bu nəticəyə Prekambri dövrünə aid geoloji məlumatları təhlil etdikdən sonra gəliblər.

Bizim.Media xəbər verir ki, "Nature Geoscience” jurnalında dərc olunan tədqiqat göstərir ki, Proterozoy erasının ortalarında - təxminən 2 milyard il əvvəlindən 1 milyard il əvvəlinədək - Yer sutkasının tədricən uzanması prosesi dayanıb. Bu müddət ərzində günün uzunluğu demək olar ki, sabit qalıb.

Ay və Günəş arasında tarazlıq

Adətən Yer kürəsinin fırlanması Ayla baş verən qabarma-çəkilmə qarşılıqlı təsiri nəticəsində tədricən zəifləyir. Ay planetin fırlanma enerjisinin bir hissəsini "özünə çəkir”.
 

Lakin tədqiqatın müəllifləri müəyyən ediblər ki, Prekambri dövründə bu təsir Günəşin istiliyi ilə yaranan atmosfer qabarma-çəkilmələri tərəfindən demək olar ki, tam kompensasiya olunub.


Müəyyən şərtlər daxilində bu atmosfer dalğaları rezonansa girərək Yer kürəsinin fırlanmasını sürətləndirən moment yaradıb və Ayın ləngidici təsirini tarazlaşdırıb. Nəticədə sutkanın müddəti təxminən 19 saat səviyyəsində sabitləşib.

Geoloji zamanın dərinliklərindən məlumatlar

Alimlər Yer sutkasının uzunluğuna dair 22 müstəqil qiymətləndirmə toplayıblar. Bu məlumatlar qabarma-çəkilmə çöküntülərinin, stromatolitlərin və ritmik geoloji strukturların analizinə əsaslanıb.
 

Məlumatların bir hissəsi müasir tsiklostratiqrafiya üsulları sayəsində əldə olunub; bu metod qədim çöküntü süxurlarına əsaslanaraq Yer kürəsinin fırlanma sürətini müəyyən etməyə imkan verir.


Statistik təhlil göstərib ki, sutkanın uzunluğundakı dəyişikliklərdə təxminən bir milyard il davam edən aydın "plato” mövcud olub. Bundan sonra Yer sutkası yenidən uzanmağa başlayaraq müasir 24 saata çatıb.

Oksigen və həyatın təkamülü ilə əlaqə

Bu dövr həm də "darısqal milyard” kimi tanınan mərhələ ilə üst-üstə düşür. Bu, nisbətən sabit iqlim və ləng bioloji dəyişikliklərlə xarakterizə olunan bir epoxadır. Eyni zamanda, atmosferdə oksigen səviyyəsinin iki böyük dəyişməsi arasındakı intervala təsadüf edir.
 

Tədqiqatçılar ehtimal edirlər ki, oksigen və ozon səviyyələrindəki dəyişikliklər atmosfer qabarma-çəkilmələrinin gücünə təsir göstərib və bu da Yerin rezonans vəziyyətdə qalmasına səbəb olub.


Bu mərhələnin başa çatmasından sonra sutkanın uzanması fotosintezin daha səmərəli getməsinə və mürəkkəb həyatın inkişafı üçün zəruri olan oksigen səviyyəsinin artmasına şərait yaratmış ola bilər.(qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

End of content

No more pages to load

RADİO