"Turbo.az”ın sahibinin sərvəti açıqlandı

“Blumberq” agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes”in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.

Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.

Bildirilib ki, gürcü milyarderlərinin sərvəti yalnız "Blumberq” terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanı siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mixail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan "Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan "Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.

Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ı nə zaman satın aldığı bilinmir.

Lakin bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS” MMC (VÖEN – 1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.

Reytinqdə adı çəkilən digər gürcü milyarderi – hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin sərvəti "Blumberq” qiymətləndirməsinə əsasən 3,6 milyard dollar, "Forbes” məlumatına görə isə 2,7 milyard dollar olaraq göstərilir. (Mənbə: Yeniavaz.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

End of content

No more pages to load

RADİO