"Harmoniya" sənədli filminin təqdimatı keçirildi

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filminin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsi olan filmin təqdimatı Nizami Kino Mərkəzində dövlət qurumlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dini icmaların rəhbərlərinin, media nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilib.

Təqdimat mərasimində filmin ideya və məqsədləri, həmçinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyəti barədə çıxışlar edilib.
 

Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, dini ibadətgahlarda, eyni zamanda, ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən "Fərqliliyin rəngi" festivalında aparılıb.


Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır.

Onların yaşam tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.

Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində yaşadıqlarını nümayiş etdirir.
 

Sənədli film vasitəsilə cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği, eyni zamanda ölkəmizin dinlərarası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti diqqətə çatdırılır.


Qeyd edək ki, sənədli film Azərbaycanda müxtəlif dinlərin mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

End of content

No more pages to load

RADİO