Məktəblərdə məzuniyyət sistemi dəyişir – Müəllimlər ilboyu tətilə ÇIXA biləcəklər?

Qüvvədə olan qanuna görə, pedaqoji işçilər əmək məzuniyyətinə məktəblərdə yay tətili dövründə çıxırlar. Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliyə görə, onlar məzuniyyət hüquqlarından həm də digər vaxtlarda istifadə edə biləcəklər.

Belə ki, Milli Məclisə daxil olan qanun layihəsinə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.

Müəllimlər və digər pedaqoji işçilər ən çox məzuniyyət hüququna malik olan şəxslərdir. Yəni müəllimlər yay tətilində 56 təqvim günü olmaqla məzuniyyətə çıxırlar.

Dəyişiklik bir sıra suallar yaradıb.

Əgər təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər, direktor, müəllim və digərləri tədris ilində məzuniyyətə çıxarsa, bu tədris-təlim prosesinə necə təsir edəcək?

Müəllim dərs ili ərzində məzuniyyət hüququndan istifadə etdikdə yay tətili dövründə işdə olmağa, məktəbə gəlməyə məcbur qalacaq?

Yaranan suallara aydınlıq gətirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli Bizim.Media-ya bildirib ki, bu layihə pedaqoji işçilərin əmək məzuniyyətindən istifadə imkanlarının genişləndirilməsi ilə bağlıdır:

“Hazırda qüvvədə olan 131-ci maddənin 5-ci hissəsinə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərin məzuniyyətinin, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilməsi nəzərdə tutulur və yalnız işəgötürənin razılığı olduğu təqdirdə tədris ili ərzində məzuniyyət mümkündür.

Hərçənd bu norma hüquqi baxımdan tədris ili ərzində pedoqoji işçilərin məzuniyyət hüququnu tanıyır. Təcrübədə isə məktəb rəhbərliyinin razılıq mexanizmindən sərt istifadə etməsi səbəbilə müəllimlərin böyük əksəriyyəti ilin ortasında məzuniyyət almaqda çətinlik çəkirlər. Layihə məhz bu problemi aradan qaldırmağı, müəllimlərin məzuniyyət hüququndan daha real və əlçatan şəkildə yararlanmasını təmin etməyi hədəfləyir”.

Deputatın sözlərinə görə, dəyişiklik ilkin olaraq ümumtəhsil müəssisələrində tətbiq ediləcək:

“Normada “pedaqoji işçilər” anlayışının işlənməsi bu hüququ  bütün təhsil verən kateqoriyalara, o cümlədən məktəb, kollec və ali təhsil müəssisələrinin pedaqoji heyətinə  şamil edir. Bununla belə, maddədə “məktəblərdə yay tətili dövrü” ifadəsinin qeyd olunması hüquqi baxımından normanın ilkin olaraq ümumtəhsil müəssisələrində tətbiq edilməsi üçün formalaşdırıldığını göstərir. Ali təhsil müəssisələrinin tədris yükü və qrafiki məktəblərdən əhəmiyyətli dərəcədə fərqləndiyindən dəyişiklik layihəsinin konkret mətni bu məsələdə həlledici rol oynayacaq”.

Millət vəkili dəyişiklik layihəsinin tətbiqi baxımından təhsil müəssisələrinin idarəetmə xüsusiyyətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Məktəblərdə dərs yükü ardıcıl və sabit olduğu üçün müəllimin ilin ortasında məzuniyyətə çıxması dərs bölgüsündə çətinliklər yarada bilər. Lakin sosial şərait, sağlamlıq problemləri və ya fövqəladə hallar zamanı müəllimin məzuniyyət hüququnun reallaşması təhsil prosesinin keyfiyyətinə də dolayısı ilə müsbət təsir göstərir, çünki işçinin psixoloji və fiziki sağlamlığı pedaqoji fəaliyyətin əsas şərtlərindən biridir. Bu bağlamda məktəblərdə məzuniyyətin tədris ili ərzində tətbiqi üçün əvvəlcədən planlaşdırılmış növbəlilik mexanizmlərinin hazırlanması və ehtiyat müəllim institutunun gücləndirilməsi zəruri görünür”.
 

“Ən böyük hüquqi problem “işəgötürənin razılığı” anlayışının qeyri-müəyyənliyidir. Mövcud vəziyyətdə bu mexanizm rəhbərliyə geniş sərbəstlik verir və müəllimlərin qanunla nəzərdə tutulmuş hüquqdan istifadə etməsinə mane olur. Dəyişiklik layihəsi bu qeyri-müəyyənliyi aradan qaldırmalı, razılıq mexanizmini ya ləğv etməli, ya da imtina halları üçün obyektiv meyarlar müəyyən etməlidir. Əks halda, yeni norma praktikada əvvəlki kimi formal xarakter daşıya bilər.


Bütün hallarda düşünürəm ki, pedaqoji işçilərə tədris ili ərzində məzuniyyətin verilməsi hüquqi baxımdan zəruri, sosial baxımdan əsaslandırılmış, idarəetmə baxımından isə mümkündür. Bununla belə, mexanizmin effektivliyini təmin etmək üçün təhsil müəssisələrinin daxili idarəetmə sistemləri yenidən qurulmalı, dərs yükünün optimal bölüşdürülməsi və tədrisin fasiləsizliyi üçün dəqiq prosedurlar hazırlanmalıdır. Bu yanaşma pedaqoji işçilərin sosial rifahının yaxşılaşdırılmasına, həmçinin təhsil müəssisələrinin insan resurslarının daha çevik və səmərəli idarə edilməsinə xidmət edə bilər”, - deyə deputat qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Kartdan karta ödənişlərdə tutulmalar BELƏ OLACAQ

Kartdan karta ödənişlərdə tutulmalar BELƏ OLACAQ

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Qarabağa köçənlərə ŞAD XƏBƏR: Daimi iş yerləri artırılacaq

Qarabağa köçənlərə ŞAD XƏBƏR: Daimi iş yerləri artırılacaq

Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Azərbaycanda bəzi xidmət haqları 2 dəfə azaldılır – RƏSMİ

Azərbaycanda bəzi xidmət haqları 2 dəfə azaldılır – RƏSMİ

Prezident Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil ocaqlarından danışdı

Prezident Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil ocaqlarından danışdı

Ehtiyatda olan polkovnik-leytenant HƏYATINI İTİRDİ

Ehtiyatda olan polkovnik-leytenant HƏYATINI İTİRDİ

Nişanını qaytaran Nigar Tofiqdən diqqətçəkən sözlər - Video

Nişanını qaytaran Nigar Tofiqdən diqqətçəkən sözlər - Video

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

İlham Əliyevdən Murovdağ tuneli ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Murovdağ tuneli ilə bağlı AÇIQLAMA

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

İşğaldan azad edilmiş ərazilərdə yaşayan insanların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə yaşayan insanların sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO