Qəhvə qiymətləri rekord həddə çatdı - Kafe-restoran sektoru təşvişdə

Son günlər qlobal bazarlarda qəhvə qiymətləri rekord həddə çatıb. Belə ki, Nyu-York birjasında ticarət olunan "Arabica" növünün qiyməti son illərin ən yüksək səviyyəsinə çataraq beynəlxalq tədarük zəncirində gərginlik yaradıb. ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və Braziliyadakı əlverişsiz hava şəraiti qəhvənin maya dəyərinə təsir edən əsas amillər kimi göstərilir. Bu proses yalnız istehsalçı ölkələri deyil, həm də idxalçı bazarları, o cümlədən Azərbaycanı da maraqlandırır.

Maraqlıdır, qlobal bazarda rekord qiymət artımı Azərbaycanda da qəhvənin bahalaşmasına səbəb olacaqmı? Ümumiyyətlə, bu vəziyyət Bakıda fəaliyyət göstərən "kofeşop"lara necə təsir edəcək?

Bizim.Media
mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qiymət artımının hiss olunması qaçılmazdır"

Qlobal bahalaşmanın yerli bazara təsirindən danışan Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) sədri Emin Dostiyari "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, "Arabica" qəhvəsinin qiymətindəki artım beynəlxalq ticarət zəncirində xammal dəyərini yüksəldir: "Azərbaycan idxalçı ölkə olduğu üçün bu artımın daxili bazarda hiss olunması qaçılmazdır. Qiymət artımı xüsusilə tam "Arabica" və bu əsaslı qarışıqlarda daha tez görünəcək".

Mütəxəssis vurğulayır ki, bu vəziyyət kafe və restoran sektoruna təsirsiz ötüşməyəcək: "Bakıdakı "HoReCa" sektoru (kafe, restoran) xammalın bahalaşmasını ya menyu qiymətlərinə əks etdirəcək, ya da daha ucuz qarışıqlara keçid edəcək. Bu, xüsusilə yüksək seqmentdə müştəri davranışını dəyişə bilər".

İstehlak azalacaq, yoxsa...

İstehlakçı davranışına gəldikdə isə, AQİSA sədri vurğulayır ki, bahalaşma fonunda istehlakçıların bir hissəsi daha ucuz robusta qarışıqları, yerli brendlər, hətta çaya yönələ bilər: "Digər hissəsi isə bu duruma istehlakı azaltmaqla reaksiya verəcək. Bu, premium seqmentdə daha çox hiss oluna bilər".

Mütəxəssis vurğulayır ki, gömrük rüsumlarının optimallaşdırılması, qovrulmamış xam qəhvə dənələrinin kənd təsərrüfatı xam məhsulu kimi vergidən azad edilməsi daxili istehsalçılar üçün maya dəyərini sabit saxlamağa kömək edər. Həmçinin idxal mənbələrinin artırılması, məsələn, Kolumbiya ilə yanaşı Braziliya, Vyetnam, Efiopiya kimi ölkələrdən idxal da riskləri azaldar. Bununla yanaşı, lokal emal, yəni qovurma müəssisələrinin gücləndirilməsi, qovurma və qablaşdırma sahəsində yerli istehsalın stimullaşdırılması bu tendensiyanın qarşısını ala bilər".

Qlobal qiymət artımı davamlı olarsa...

E.Dostyarinin sözlərinə görə, qlobal qiymət artımı davamlı olarsa, bu, təkcə istehlak bazarına deyil, həm də "HoReCa" sektorunun xərclərinə təsir edəcək: "İqtisadi baxımdan təsir məhdud olsa da, istehlak davranışında dəyişiklik və premium seqmentin daralması mümkündür".

Bazarlarda qiymət dalğalanmaları

İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, beynəlxalq bazarlarda qiymət artımı olsa da, onların Azərbaycandakı satış qiymətlərinə təsiri adətən mərhələli şəkildə müşahidə edilir:

"Azərbaycana qəhvə məhsulları müxtəlif çeşidlərdə, fərqli ölkələrdən və istehsalçılardan idxal olunur. Bu səbəbdən, məsələn, Tramp Administrasiyasının müəyyən ölkələrə qarşı rüsum tətbiq etməsi kimi qərarların qəhvə qiymətlərinə Azərbaycanda birbaşa təsir göstərəcəyini söyləmək çətindir. Çünki yerli bazarda qəhvə məhsulları bir mənbədən deyil, fərqli regionlardan gətirilir və müxtəlif istehsal bazalarından alınan məhsullar mağazalarda paralel şəkildə satışdadır. Adi marketlərdə və ya böyük supermarket şəbəkələrində fərqli markalar, fərqli mənşə ölkələri və qiymət aralığına malik çoxsaylı qəhvə növləri görmək mümkündür. Həmçinin restoran və kafelərdə də qiymətlər fərqlidir və burada fərqi müəyyən edən əsas amillər məhsulun keyfiyyəti, istehsal ölkəsi, brend və maya dəyəridir. Bu səbəbdən, beynəlxalq bazarlarda müəyyən qiymət dalğalanmaları olsa da, onların Azərbaycandakı satış qiymətlərinə təsiri adətən mərhələli və məhdud olur".

"İstehlakçılar alternativ brendlərə üstünlük verəcək"

İqtisadçı deyir ki, qəhvə strateji və ya ən zəruri qida məhsulları sırasına daxil deyil:

"Yəni bu məhsul çörək, ət və ya un kimi kütləvi tələbat malları kateqoriyasına aid deyil. Bununla belə, Azərbaycanda qəhvə mədəniyyəti son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib və qəhvə istehlakı artmaqdadır. Qəhvə zövq və həyat tərzi elementi kimi qəbul olunur, bu da onun bazarını sabit saxlayır. Odur ki, qlobal bazarda baş verən qiymət artımları müəyyən qədər yerli bazara da təsir göstərə bilər, lakin bu, qəhvə istehlakçılarının sayını azaldacaq qədər ciddi səviyyədə olmayacaq.
 

Əksinə, istehlakçılar daha münasib qiymətə alternativ brendlərə və ya yerli qablaşdırılmış məhsullara üstünlük verə bilərlər. Qəhvə bazarı Azərbaycanda nisbətən dayanıqlı və rəqabətli bir seqmentdir. İdxal mənbələrinin çoxşaxəliliyi və istehlakçıların brend seçimi baxımından elastikliyi bu bazarın xarici təsirlərə qarşı müəyyən müqavimət gücünə malik olmasına şərait yaradır".


Məlumat üçün bildirək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana qəhvə idxalı 78,2 milyon dollar dəyərində olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 9 milyon dollar çoxdur. Ötən ilin eyni dövründə Azərbaycana 69,2 milyon dollarlıq qəhvə idxal olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Samir Rzayev: “Bakı–Belqrad reysi sərnişinlər üçün uğurlu olacaq”

Samir Rzayev: “Bakı–Belqrad reysi sərnişinlər üçün uğurlu olacaq”

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

Tonqal yandırmaq istəyən gəncin bədəni yandı - VƏZİYYƏTİ AĞIRDIR

Tonqal yandırmaq istəyən gəncin bədəni yandı - VƏZİYYƏTİ AĞIRDIR

Bakı buxtasında yelkən yarışına yekun vuruldu - FOTO

Bakı buxtasında yelkən yarışına yekun vuruldu - FOTO

“Zirə”dən vacib qələbə - VİDEO

“Zirə”dən vacib qələbə - VİDEO

Serbiyalı nazirdən Belqrad-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

Serbiyalı nazirdən Belqrad-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

Bakıdakı kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA

Bakıdakı kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA

Xırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO

Xırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO

End of content

No more pages to load

RADİO